Türkiyə xalqının növbəti tarixi seçimi
Türk dünyası

Türkiyə xalqının növbəti tarixi seçimi

Bugün qardaş ölkədə prezident seçkilərinin II turu keçirilir

Qardaş Türkiyə mayın 14- tarixinin ən önəmli günlərindən birini yaşadı. Eyni anda prezident parlament seçkiləri keçirən Türkiyə dünyanın diqqətini özünə cəlb etdi bir daha nümunə oldu. Türkiyədəki seçkilər birmənalı olaraq 2023- ildə dünyanın ən mühüm siyasi hadisələrindən biridir.

Bu seçkilər Türkiyə Cümhuriyyətinin ikinci yüzilliyindəki inkişaf yolunun müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Türkiyə siyasilərindən birinin ifadə etdiyi kimi, "Türk milləti bütün dünyaya bir daha demokratiya dərsi verdi, haqsız iddialara əsassız ittihamlara məhəl qoymadı". Maraqlısı odur ki, illər boyu Türkiyəni avtoritarizmdə, insan haqlarını pozmaqda ittiham edən Qərb mediası, siyasi dairələri birmənalı şəkildə seçkilərin şəffaf, dürüst hüquqi çərçivədə keçirildiyini etiraf edib. Türk xalqının yüksək seçki mədəniyyətinə demokratik dəyərlərə sahib olduğunu heyranlıqla vurğulayıblar. Halbuki seçkilər ərəfəsində Türkiyədə çaxnaşma qarışıqlıq yaranacağı, qarşıdurma çıxacağı barədə hesabatlar yayırdılar, türk xalqı isə yüksək mədəniyyəti ilə bu planları alt-üst edib. Necə deyərlər, arzuları ürəklərində qalıb. Bir daha aydın oldu ki, Türkiyə dövləti ona rəhbərlik edən hakimiyyət komandası üçün əsas məqsəd hədəf xalqın seçimidir. Xalq isə 14 may seçkilərində seçki məntəqələrinə gedərək azad şəkildə öz iradələrini ifadə etdilər. Türkiyədə mayın 14- keçirilən prezident parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Prezident seçkilərində qalib müəyyən edilmədiyindən ikinci tur keçiriləcək. Əminliklə demək olar ki, mayın 28- keçiriləcək ikinci turdan da qardaş ölkə alnıaçıq çıxacaq.

Xatırladaq ki, 1950-ci ildəki seçkilərə istinadən seçkilərin vaxtından əvvəl, 14 may 2023- ildə keçirilə biləcəyinin mümkünlüyü açıqlanmışdı. 6 fevral 2023- ildə baş verən zəlzələdən sonra seçkilərin keçirilib-keçirilməcəyi barədə suallar yarandı, seçkilərin təxirə salınması barədə çağırışlar oldu. 10 mart 2023- ildə imzalanan sərəncama əsasən, seçkilərin 14 may 2023- ildə keçirilməsi qərarlaşdırıldı. Seçkilər əvvəlcə iyunun 18- keçirilməli idi, lakin hökumət universitet imtahanları, Həcc ziyarəti yay tətilinin başlanması ilə üst-üstə düşməmək üçün seçkini bir ay irəli çəkdi. Seçkilərin ikinci turu 28 mayda keçiriləcək. Ümumilikdə, Türkiyədə 60,9 milyon, xaricdə isə 3,2 milyon olmaqla, 64 milyon seçicinin seçkilərdə səs vermək hüququ olduğu təxmin edilir. Türkiyədə gərgin mərhələyə qədəm qoyan siyasi dövrdən maksimum yararlanmağa çalışılır. Lakin şübhə yoxdur ki, qardaş Türkiyə bütün xarici təsirləri rədd edərək özü üçün ən xeyirlisini seçməyi bacaracaq.

Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada regionda sülhün sabitliyin bərqərar olması, haqqın ədalətin müdafiəsi naminə ardıcıl qətiyyətli mövqeyi ilə Türkiyə  beynəlxalq müstəvidə yüksək nüfuz hörmət qazanmışdır. 60 illik gecikmədən sonra da olsa, Akkuyu Atom Elektrik Stansiyasına ilk nüvə yanacağının gətirilməsi ilə dünyanın nüvə gücü olan ölkələri liqasına yüksəldi.

Ötən illər ərzində Türkiyə böyük inkişaf yolu keçib. Qardaş ölkə həm siyasi səhnədə, həm iqtisadi, həm hərbi digər sahələrdə önəmli nailiyyətlər əldə edib. Türkiyə dünyanın qlobal gücləri arasında əsas oyunçulardan birinə çevrilməklə, çoxsaylı çağırışların öhdəsindən gəlməyi bacarır. Qardaş ölkənin müdafiə sənayesində uğurları, iqtisadi inkişafı sözsüz ki, burada mühüm rol oynamaqdadır. Türkiyə öz hərbi gücü, Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı baxımından NATO  dövlətləri arasında ikinci yerdədir. Qardaş ölkə son 21 il ərzində həm siyasi, həm iqtisadi baxımdan sürətli inkişaf yolu keçərək "Böyük İyirmilik" (G20) mühüm yerə sahib olub.