Təxribatlar səngimək bilmir
Digər xəbərlər

Təxribatlar səngimək bilmir

Mənfur düşmənin sərhəddə törətdiyi təxribatlar Paşinyan rejiminin utopik düşüncələrdən xilas olmadığının göstəricisidir. 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə sülhə maraqlı olduğunu, sülh prosesində önəmli addımlar atacağını bildirən baş nazir Nikol Paşinyan dediklərini əməldə yerinə yetirmir. Havadarlarının yardımı ilə regionda terrorçuluq fəaliyyətinə davam edən Ermənistan beynəlxalq görüşlərdə özünü qədər sülh tərəfdarı kimi qələmə versə təxribatların ardı-arası kəsilmir.

Məğlub Ermənistandan fərqli olaraq Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır. Ölkə başçımız postmüharibə dövründə dəfələrlə sülh əməkdaşlıq çağırışları etsə , xain xislət sahibləri bu güzəştləri dəyərləndirmir. Ermənistanın revanşist addımları regionda təhlükəsizliyə inkişafa kölgə salır. Cənubi Qafqazdakı destabil vəziyyətin işğalçılara himayədarlıq edən dövlətlər tərəfindən qəsdən düzgün təhlil edilməməsi, ədalətsizliyə göz yumulması, məqsədli olaraq münaqişənin qızışdırılma cəhdləri göstərir ki, oyuncaq dövlət olan Ermənistan şirnikləndirilərək maşa kimi istifadə edilir. Beynəlxalq ictimaiyyət nəzərə almalıdır ki, Ermənistanın onun havadarlarının avantürist aktları nəinki region, bütün bəşəriyyət üçün real təhlükə mənbəyidir.

Ermənistanın məğlubiyyətdən sonra sərhədlər boyunca təxribatlara əl atmasını müxtəlif rakurslardan dəyərləndirmək lazımdır. İki ölkə arasında sülh sazişinin imzalanmaması, sərhədlərin demarkasiya delimitasiyasının aparılmaması başlıca amillərdəndir. Lakin qeyri-konstruktiv addımlarla xarici aktorların da Cənubi Qafqazda qarışıqlığa rəvac verməsi diqqətdən kənarda qalmamalıdır. Xatırladaq ki, Azərbaycan Ermənistan liderləri ötən il Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Danışıqlardan sonra sərhədlərin müəyyənləşməsinin vacibliyi vurğulansa da, ardınca baş verən növbəti təxribat göstərdi ki, Soçi Brüsseldəki razılaşmalar Ermənistan tərəfindən yerinə yetirilmir. İkitərəfli dördtərəfli danışıqların ən son nümunəsi kimi "Avropa Siyasi Birliyi"nin təşkilatçılığı ilə keçirilmiş Kişineu sammitində bir araya gələn dövlət rəsmilərinin görüşündən sonra da Nikol Paşinyan verdiyi vədləri yerinə yetirmir. Şübhəsiz ki, havadaları tərəfindən şirnikləşdirilən Ermənistan sülh sazişini imzalamadıqca sərhəddə gərginlik azalmayacaq.

10 noyabr Bəyanatına əsasən Rusiya sülhməramlılarının ərazilərimizdə müvəqqəti yerləşdirilməsi regionda sabitliyi təmin etmək üçün yetərli deyil. Düşmənin mövqelərimizə atəş açması, müxtəlif yollarla silah-sursat daşıması hallarının birmənalı şəkildə sülhməramlılar tərəfindən qarşısı alınmır. Xatırladaq ki, mart ayının 25- Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi Müdafiə Nazirliyi tərəfindən dərhal bildirilmişdi. Bundan öncə isə Müdafiə Nazirliyi verdiyi bəyanatda martın 7- gün ərzində Ermənistan silahlı qüvvələri qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan kolon şəklində hərəkətinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilməsini qeyd etmişdi. Ermənistanın təkzibinə baxmayaraq, texniki müşahidə vasitələrilə yolun hərbi daşımalar üçün istifadə edilməsinin bir daha təsbit olunması nazirliyin açıqlamasında yer alıb. Qeyd edək ki, iyunun 8- Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Füzuli, Xocalı Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərini növbəti dəfə fasilələrlə atəşə tutub. Düşmən layiqli cavabını alıb.

Digər tərəfdən, Fransa düşmənin təxribatlarına birbaşa dəstək verir. 44 günlük müharibədən sonra Azərbaycan əleyhinə bədnam qətnamələr qəbul etməsi, sülh prosesindəki qərəzli mövqeyi, beynəlxalq məkanda Ermənistanın havadarı olması Fransanın Cənubi Qafqaz üçün Ermənistandan sonra ikinci təhlükə olduğunu göstərir. Kağız parçasından ibarət olan qətnamələrin Azərbaycan üçün heç bir mahiyyəti olmasa da, başlıca olaraq bu addımlar sülh prosesini ləngidir. Məhz bu məqamda Makron rejiminin Ermənistanı silahlandırmaq, erməni hərbçilərinə təlim keçmək cəhdləri onun növbəti riyakarlığından xəbər verir. Sərhəddə yaşanan son gərginliklərdə Fransanın əlinin olması məlumdur. İlk dəfə 2022-ci ilin sentyabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın