Respublikamızda iqtisadiyyatımızın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Prezident İlham Əliyevin sərəncamları ilə ölkənin hər yerində müasir standartlara cavab verən istehsal müəssisələrinin sayı ilbəil artmaqdadır.
Qazax-Tovuz iqtisadi rayonuna daxil inkişaf etmiş Şəmkir rayonu bu sırada ön yerlərdə qərar tutur. Rayonun ən böyük yaşayış massivlərindən biri olan Zəyəm qəsəbəsində fəaliyyət göstərən Zəyəm Texnologiya Parkı (ZTP) deyilənlərin bariz nümunəsidir. Müəssisənin direktoru Vüqar Sadıqzadə ilə söhbət zamanı bildirdi ki, ZTP 2014-cü ildə dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmışdır. Müəssisənin ərazisi 7 hektardan bir qədər artıqdır. Burada 3 böyük sex fəaliyyət göstərir. Mexaniki və 2 ədəd yığma sexləri. Mexaniki sexin nəzdində CNC (Dəqiq Emal Sexi) fəaliyyət göstərir.
Eyni zamanda metal kəsmə, deşmə, əymə, bükmə və s. prosesləri həyata keçirmək üçün müasir standartlara cavab verən avadanlıqlar, eləcə də digər dəzgahların əksəriyyəti inkişaf etmiş xarici ölkələrdən gətirilmişdir. CNC-də istifadə olunan dəzgahlar eyni anda bir neçə əməliyyatı yerinə yetirir. Müəssisədə istehsal üçün istifadə olunan xammal əsasən qardaş Türkiyə, Rusiya və yerli bazarlardan alınır. Park yeni yaradılan aqroparklar, zavodlar, logistika mərkəzləri, texniki parklar və s. müəssisələrdə metal konstruksiyaların emalını və quraşdırılması işlərini həyata keçirir.
ZTP Respublikada aqrar sahəyə də öz töhfəsini verir. Müəssisə Türkan qəsəbəsindəki badam emalı zavodunu inşa edib, təhvil vermişdir. Bildiyimiz kimi, hazırda adıçəkilən istehsal müəssisəsi bütün gücü ilə fəaliyyətini davam etdirir. Kənd təsərrüfatı sektorunda istifadə etmək üçün müxtəlifölçülü qoşqular, meyvə yığmaq üçün səbətlər istehsal olunaraq fermerlərə güzəştli qiymətlərlə satılır.
Direktor qeyd etdi ki, ZTP istehsal müəssisələri ilə yanaşı, digər yerlərdə də quruculuq işləri aparmaq üçün sifarişlər alır. Bakı şəhərində "Şərq bazarı" adı ilə tanınan ticarət mərkəzində yenilənmə işləri aparılmış, Şərq üslubunda bərpa və yenidənqurma işlərini başa çatdırmışdır.
Yevlax Texnika Parkının tikintisi, Xudat şəhərində çoxfunksiyalı aqro kompleksin metalkonstruksiya işlərini başa çatdıraraq təhvil verilmişdir. Hazırda Zəyəm Texnologiya Parkı bir neçə irimiqyaslı layihələrin icrasını uğurla davam etdirir. "Veysəloğlu" şirkətinin təchizat anbarında, eləcə də Ələt Azad İqtisadi Zonasında logistika mərkəzində son tamamlama işləri aparılır.
Vüqar Sadıqzadə böyük sevinc hissilə bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş doğma torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə müəssisə öz töhfəsini verir. Bütün kollektiv bununla qürur duyur.
Hazırda azad olunmuş torpaqlarda ZTP yeraltı tunellər üçün müxtəlifölçülü metal qəfəslər və ankerlər, keçidlər üçün tunel qəlibləri, maşın mexanizmlər üçün emalatxanaların qurulmasına lazım olan metalkonstruksiyaların təminatını həyata keçirir. Eyni zamanda doğma torpaqlarımızda yeni salınan körpülər üçün məhəccərlər, körpü tikintisi üçün dəmirdən hazırlanmış qəliblər və maşın mexanizmlər üçün müxtəlif ehtiyat hissələri və s. hazırlanır. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, hazırda parkın istehsal etdiyi metalkonstruksiyanın Almaniyaya ixrac olunması üçün hazır məhsulun paketlənməsi prosesi aparılır. Bir neçə günə məhsul ünvanına göndəriləcəkdir.
Respublikamızla yanaşı, müəssisə qonşu Gürcüstan Respublikasından da sifariş alır. Qonşu ölkədə badam zavodunda İspaniya istehsalı olan qiymətli avadanlıqların quraşdırılması və işə salınmasını ZTP qısa zamanda uğurla başa çatdırmışdır. Direktor bildirdi ki, bütün layihələr yerli mütəxəssislər tərəfindən reallaşdırılır.
Şəmkir Rayon Kommunal Müəssisələri Kombinatının sifarişi ilə məişət tullantıları qutularının istehsalı üçün dəzgah hazırlanaraq kombinata verilmişdir ki, bu da KMK-nın işini kifayət qədər yaxşılaşdıracaq, köhnə qırıq qutular qısa zaman kəsiyində yeniləri ilə əvəzlənəcəkdir.
Qeyd etmək lazımdır ki, Zəyəm