Təklə kəndində əməli işi, dövlətə və xalqa bağlılığı ilə tanınan Hüseynovlar nəsli bu gün də ənənəsinə sadiqliyi ilə seçilir. Məhz bu səbəbdən də nəslin yetirməsi Hüseynağa müəllimin icra nümayəndəsi təyin olunması kənd sakinlərinin sevincinə sevinc qatdı. Çünki Prezidentin diqqəti və qayğısı sayəsində digər kəndlər kimi, Təklə və Çuxanlı kəndlərinin də inkişafı üçün hərtərəfli şərait yaradılıb. Kəndlərin yolları müasir tələblər səviyyəsində çəkilib. Uzun illər ərzində sakinləri narahat edən su problemi aradan qaldırılıb. Sərəncama uyğun olaraq yeni artizan su quyusu qazılaraq istifadəyə verilib. Yeni məktəb binaları inşa olunub.
Kəndə gedərkən yolboyu əkilən ağaclar ilk öncədən diqqəti cəlb edir. Həmsöhbətim - Qobustan Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynağa Hüseynov söhbətə yolların abadlaşdırılması üçün görülən işlərdən başladı. Bildirdi ki, dövlət başçısının sərəncamı ilə bu yolun çəkilməsi ərazidə yaşayan hər bir sakinin ürəyincə oldu. Biz də öz dəstəyimizi cəmləşdirərək dövlətin qayğısına işimizlə cavab vermək qərarına gəldik. Mütəmadi olaraq kənd sakinləri ilə keçirdiyimiz görüşlərdə qərara gəldik ki, yol boyu yaşıllıq zonası yaradaq. Belə də oldu, rayon icra hakimiyyətinin başçısı bu işdə hərtərəfli köməklik göstərəcəyini deyərək bizi xeyli həvəsləndirdi. Beləliklə də Bakı-Şamaxı magistral avtomobil yolundan kəndimizə qədər olan 4 min metr yolun kənarında ağaclar əkdik və becərilməsini qərara aldıq. Kənd sakinlərinin iştirakı ilə keçirilən bu aksiyada rayon rəhbərinin də iştirakı bizi xeyli həvəsləndirdi. Ağacların qorunması üçün artıq 1500 metr əraziyə tikanlı məftillərlə çəpər çəkmişik. Sulanmasını da öz üzərimizə götürmüşük. İstəyirik ki, dövlətin qayğısı sayəsində abad olan yolumuzun ətrafı yaşıllıq məkanına çevrilsin.
Kənddə su probleminin həlli üçün görülən işlərdən danışan Hüseynağa müəllim qeyd etdi ki, suyun əhaliyə çatdırılması üçün çox çalışdıq. 3500 metr uzunluğunda xətt çəkməli idik. Rayonun daxili imkanları hesabına bu işi də həll etməyi bacardıq. 75-110 mm diametr ölçüdə su xəttini quraşdırdıq. Anbardan bütün evlərə su xətti çəkdik. Çuxanlı kəndində su təminatı xeyli yaxşıdı, Təklə kəndində isə növbəlilik əsasında həyata keçirilir. Belə ki, anbara arteziandan saatda 15 ton su vurulur və 400 ailə arasında bərabər prinsiplər əsasında bölünür.
Kəndarası yolların təmir olunduğunu və yenidən çəkildiyi deyən icra nümayəndəsi bu gün kənddə problemsiz yaşamağın vacibliyinə toxundu. Bildirdi ki, kənddə aztəminatlı ailə, demək olar ki, yoxdur. Zəhmətə qatlaşanın güzəranı durmadan yaxşılaşır. Kəndimizin sakinləri əsasən əkinçiliklə və heyvandarlıqla məşğul olur. Hətta elə ailə var ki, 500 baş qoyunu, 50-100, bəzisinin isə 200 baş mal-qarası var. Dövlət təsərrüfatla məşğul olmaq üçün subsidiya verir. Hərə öz təsərrüfatı üçün çalışır. Kənd sakinlərinin böyük hissəsinin müasir şəraitdə çardaqları var. Toylarımızı artıq öz həyətlərimizdə edirik. Gözəl tarixi ənənələrimizi qoruyuruq və şən günlərimizi ürəyimiz istədiyimiz şəraitdə qeyd edirik. Kənd sakini üçün bundan yaxşı nə ola bilər. Bununla yanaşı, rayon rəhbərliyi daxili imkanlar hesabına aztəminatlı ailələrə də qayğı göstərir. Rayonda bu istiqamətdə də çoxsaylı layihələr həyata keçirilir.
Kəndarası yollar da yenidən çəkilib. İcra nümayəndəsi bildirdi ki, qısa zamanda kənd yollarında 7 min kvadratmetr asfalt döşənib. Yolu, suyu, qazı, müasir məktəb binası və sağlamlıq mərkəzi olan kənddə yaşamaqdan gözəl nə ola bilər. Bu səbəbdən də uzunömürlülər diyarı kimi tanınan Təklə kəndində həyat tərzi durmadan yaxşılaşır. İcra nümayəndəsi kənd sakinlərinin qarşılaşdığı problemlərin həlli üçün mövcud şəraitdən maksimum faydalanmağın vacibliyinə toxundu. Qeyd etdi ki, rayon rəhbərliyi ilə mütəmadi keçirilən görüşlərimiz işgüzar və demokratik şəraitdə keçir. Bütün istək və arzularımızın reallaşması üçün fikrimizi bildiririk. Yaxın zamanlarda kəndimizdə müasirtipli uşaq bağçası və körpələr evinin