2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzalanıb
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sistemlərinə inteqrasiyası ciddi vəzifə kimi qarşıya qoyuldu. Cəmiyyətdə təhsilin rolunu həmişə yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahədə mövcud problemlərin həllinə böyük diqqət və qayğı göstərmiş, məhz dövlət başçısının təşəbbüsü ilə respublikada təhsil sahəsində islahatlara başlanılmışdır. Bu məqsədlə, 1998-ci il martın 30-da dövlət komissiyası yaradılmış, 1999-cu il iyunun 15-də "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq edilmişdir. Qlobal və strateji problemləri nəzərdə tutan proqramda təhsilin məzmununun təkmilləşdirilməsi və yeniləşdirilməsi mühüm məsələlərdən biri idi.
İki mərhələdə həyata keçirilən islahat proqramında göstərilən bir sıra istiqamətlərdə müəyyən işlər görüldü, təhsilin məzmunu yeniləşdirildi, yeni proqram və dərsliklər hazırlandı, bazis tədris planı əsasında işlənmiş işçi tədris planları tətbiq edilməyə başladı, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə standartların hazırlanması istiqamətində iş aparıldı.
2000-ci il iyunun 13-də ölkə Prezidenti Heydər Əliyev "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Həmin fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. Fərmana uyğun olaraq ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, bir sıra universitetlərə müstəqillik verildi, ölkəmizdə müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Müəllimlər İnstitutu və bölgələrdə onun 12 filialı fəaliyyətə başladı. Müəllimlərin təkmilləşdirilməsi, ixtisasının artırılması üzrə dayaq məntəqələri şəbəkəsi təşkil edildi, keyfiyyətə nəzarətin müasir mexanizmlərinin hazırlanması üzrə işçi qrupu müəyyənləşdirildi. Həmin işçi qrupu tərəfindən müasir monitorinq və qiymətləndirmə mexanizmi yaradıldı.
Fərmana əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə verildikdən və Nazirlər Kabineti tərəfindən "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında əsasnamə" təsdiq edildikdən sonra qısa müddətdə təhsilin keyfiyyətinə nəzarət formalaşdı.
Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində "Müəllim hazırlığı" alt komponenti üzrə "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurikulum hazırlandı və həmin sənədlər təsdiq olundu. Eyni zamanda, "Təhsilin əsasları" fənninin dərsliyi tərtib edildi. İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulumun 3 pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) tətbiqinə başlanıldı.
Respublikada yeni tipli orta ixtisas təhsili müəssisələrinin - kolleclərin yaradılması sahəsində mühüm addımlar atıldı. Belə ki, bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi-texniki bazası, pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla yeni tipli orta ixtisas təhsil müəssisələri - kolleclər təşkil edildi. Ölkəmizdə müvafiq təhsil müəssisələrinin sayı artırıldı. Eyni zamanda, təhsil komplekslərinin yaradılması sahəsində də 2000-ci ildən başlayaraq müəyyən işlər görüldü. Belə ki, fərmana əsasən Milli Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Milli Konservatoriyanın nəzdində isə Musiqi Kolleci təşkil edildi. Bu işlərin davamı olaraq 2004-cü ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci yaradıldı.
Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur. Azərbaycan da 2005-ci ildə Bolonya prosesinə qoşulub və bununla da ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. 2006-2010-cu illəri əhatə edən tədbirlər planına uyğun olaraq "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu" təsdiq