TARİXİ SƏRVƏTİMİZİ, MİLLİ-MƏNƏVİ  DƏYƏRLƏRİMİZİ QORUMAQ BORCUMUZDUR
Region

TARİXİ SƏRVƏTİMİZİ, MİLLİ-MƏNƏVİ  DƏYƏRLƏRİMİZİ QORUMAQ BORCUMUZDUR

Zəngin abidələri, milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli-əxlaqi dəyərləri, mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu tarixdə çoxdan isbat edib. Bu ali dəyərlər milli kimliyimizin göstəriciləridir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs mənəvi borcudur. Bəli, tarix mədəniyyət abidələri xalqın milli sərvətidir.

Bu zəngin mədəni irsinin, tarix mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə məqsədyönlü, ardıcıl tədbirlər görülmüşdür. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində, milli-mənəvi dəyərlərimizin qorunmasında əvəzolunmaz iz qoymuş, böyük xidmətlər göstərmişdir.

Onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi milli-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi islahatlarla özünü təsdiqləyir. Ötən dövrdə qarşıya qoyulan vəzifələrdən biri ən qiymətli sərvətlərimiz olan tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq, mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Ötən illər ərzində cənab Prezident tərəfindən bu sahələrə göstərilən diqqət, imzalanan Fərman sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin yaratmışdır. Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Tarix-mədəniyyət qoruqları yaradılmışdır.

Aprelin 18-i Dünyada Beynəlxalq Abidələr Tarixi Yerlər Günü ilə əlaqədar Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında məlumat almaq üçün Qoruğun direktoru Cumalik Rəhimovla həmsöhbət olduq. O bildirdi ki, xalqın tarixini, mədəniyyətini özündə yaşadan, hazırkı vəziyyətə gətirib çıxaran tarixi abidələrin dəyəri əsrlər keçdikcə gündən-günə artaraq, nəsillərdən -nəsillərə ötürülərək xalqın milli sərvətinə çevrilmişdir. Zəngin tarixə malik olan xalqımızın keçmişimizi bizə andıran, şərəfini, qüdrətini, dövlətçilik ənənələrini özündə əks etdirən bu dəyərli abidələri irsi qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin borcumuzdur. Aprelin 18-i Dünyada Beynəlxalq Abidələr Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983- ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin tarixi yerlərin qorunmasına yönəltməkdir.

Abidələrin tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, Beynəlxalq Abidələr Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi landşaftının qorunması bərpası məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №-li qərarına əsasən elmi - tədqiqat müəssisəsi kimi təşkil olunmuşdur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №-li qərarı ilə təsdiq olunmuşdur. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə , Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qoruq 1482 hektar sahəyə malikdir. Bu ərazinin 610 hektar Samux rayonu inzibati ərazisi daxilindədir.

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda 43 ştat vahidindən ibarət - rəhbər heyət, fondların qorunması, komplektləşdirilməsi elmi-tədqiqatlar şöbəsi, ekspozisiya kütləvi ekskursiya şöbəsi, İnsan resursları ş&