Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət aqrar sahədə də köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir dünya standartlarına uyğun komplekslərin, iri fermer təsərrüfatlarının yaradılması ərzaq təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Qazanılan bu uğurlarda suvarma sistemləri idarələrinin böyük rolu vardır. Təcrübəli su təsərrüfatı işçilərinin fədakarlığı nəticəsində əkin sahələrində bol məhsulun əldə olunmasına real imkan yaranmışdır.
Bu sahədə Samuxda görülən işlər haqqında geniş məlumat almaq üçün uzun müddət bu sahəyə rəhbərlik edən rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırovla iş başında görüşdük.
O bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən meliorasiya və su təsərrüfatı potensialının yaradılması, inkişafı, aparılan islahatlar və böyük quruculuq işləri bu gün onun layiqli davamçısı cənab İlham əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə aqrar sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, aqrar sahənin maddi-texniki bazası xeyli gücləndirilmişdir. Minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmiş, subartezian quyuları qazılmış, sel və daşqınlara qarşı sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri uğurla həyata keçirilmişdir, su itkisinin qarşısı alınmış, bu isə müsbət nəticələrini vermişdir.
Qabaqcıl aqrar rayonlardan olan Samuxda da əhalinin suya artan tələbatının ödənilməsi üçün xeyli işlər görülmüşdür. Cari il ərzində suvarmanı mütəşəkkil və tələb olunan səviyyədə həyata keçirmək üçün Samux Suvarma Sistemləri İdarəsində nəzərdə tutulan, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq icra olunmuşdur. Kənd təsərrüfatı bitkilərinin suvarılmasının mütəşəkkil həyata keçirilməsi məqsədilə kanalların su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan mövcud imkanlardan maksimum istifadə olunmuşdur. Samux rayonu ərazisində 29462 hektar suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin Suvarma Sistemləri İdarəsi tərəfindən suvarılması təmin edilmişdir. İdarənin balansında 574 ədəd subartezian quyusu və 26 ədəd nasos stansiyası, 30 ədəd maşın-mexanizm vardır ki, bunlar işlək vəziyyətdədirlər. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 kilometr olan təsərrüfatlararası və təsərrüfatdaxili kanalları mövcuddur.
Maşın-mexanizmlər vasitəsilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı tədbirlər aparılmışdır. İnşaat briqadası tərəfindən kanallarda suyun maneəsiz və itkisiz ötürülməsi üçün əl ilə lildən təmizləmə, kol-kosun təmizlənməsi, boru xətlərinin təmiri, HTQ təmiri, betonlanma işlərinin aparılması, cari və əsaslı təmir işləri həyata keçirilmişdir. Subartezian quyularında müvafiq olaraq 370 ədəd nasos, 26 ədəd elektrik avadanlığı təmir edilmişdir. Torpaqların keyfiyyətli suvarılması üçün rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda təmizləmə işləri aparılmışdır. Eyni zamanda, kanallarda və çaylarda qabaqlayıcı sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür. Kanallarda 50 ədəd HTQ, 23 ədəd hidropost təmir edilmişdir. Payızlıq əkinlərdən 6837 ha buğda, 5427 ha arpa, 735 ha xəsil, 125 ha əkilmiş bitkilərə suvarma suyu verilmişdir.
Həmçinin, sel və daşqınların qarşısını almaq üçün Gəncə çayında, Qabrri çayında, Qoşqar çayında məcraları təmizlənmiş, torpaq işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə Dinaraj kanalının beton üzlüyə alınması planlaşdırılmış və kanallarda lildən təmizləmə işləri aparılmışdır. Əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün tərtib edilmiş cədvəl üzrə texnikalar tərəfindən kəndlərdə olan təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda da lildən təmizləmə, kol-kosun təmizlənmə, boru kəmərlərinin təmiri və beton kanallarda təmir işləri aparılmış, bol məhsul üçün bünövrə qoyulmuşdur.
Görüşün sonunda Gülağa Bağırov tam əminliklə bildirdi ki, Samux Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi, suvarmanın daha da