Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib - VİDEO
Gündəm

Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib - VİDEO

Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib.
"Respublika" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "Sualtı hücum xüsusi təyinatlı kursu"nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.