Soyqırımı qurbanları yad edildi
Digər xəbərlər

Soyqırımı qurbanları yad edildi

Ankara

Qazi Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "İşğaldan zəfərə Xocalı" adlı anım tədbiri keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin Qazi Universiteti Türk Dünyası Tətbiq Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə, Türkiyə hökumətinin nümayəndələri digər rəsmi şəxslər, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, universitet rəhbərliyi, müəllim tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan Türkiyənin dövlət himnləri səslənib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirdə çıxış edərək Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün əsrlər boyunca həyata keçirilən məkrli plandan, ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsindən danışıb: "31 mart soyqırımı hadisələri çərçivəsində 100 minlərlə insanımız qətlə yetirildi. Tariximizi bilmək, birgə güclü olmaq həyat prinsipimizə çevrilməlidir, qisas üçün deyil, varlığımızı yaşatmaq inkişaf etdirmək üçün. Tarixi keçmişimizi bilmədən gələcəyi öyrənmək mümkün deyil. Çünki biz düşmənə qarşı yalnız tariximizi bilməklə mübarizə aparar o hadisələrin bir daha təkrarlanmaması üçün tədbirlər görə bilərik".

Rəşad Məmmədov azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1905, 1907, 1918, 1937-ci illərdəki soyqırımlarla yanaşı, 1992-ci ildə törədilən Xocalı soyqırımını da xatırladıb.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar, 31 mart 1918-ci ildə Bakı digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımının vəhşətinə diqqət çəkib faktlar səsləndirib. TADİV rəhbəri xalqımıza qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, həmçinin gənc nəsillər tərəfindən tariximizin bu qanlı səhifələrinin hər zaman xatırlanmasının zəruriliyini vurğulayıb. Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında XX əsrdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə toxunub. Millət vəkili, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın qalib ölkə kimi qürurla dayandığını Türkiyənin hər zaman Azərbaycanla bərabər olduğunu qeyd edib.

Qazi Universitetinin rektoru professor Musa Yıldız Türk Dünyası Tətbiq Araşdırma Mərkəzinin direktoru professor Alev Kuru çıxış edərək, Qazi Universitetinin Azərbaycanla bağlı mövzulara diqqətlə yanaşması, uzun illərdir Azərbaycan xalqının haqq işinə dəstək xarakterli tədbirlərin Qazi Universitetinin müəllim tələbə heyətinin birgə səyləri ilə keçirildiyini qeyd ediblər. Çıxışçılar 1998-ci ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə rəsmi olaraq anılan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi faktlar səsləndiriblər.

Bundan sonra "İşğaldan zəfərə uzanan yolda Qazi Universitetində Qarabağ Xocalı" adlı sənədli film nümayiş etdirilib.

 

Eskişəhər

Eskişəhərdə keçirilən ənənəvi "Çərşənbə söhbətləri" toplantısının növbəti mövzusu 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.

Eskişəhər Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi həftəlik toplantıda dərnək üzvləri, azərbaycanlı tələbələr yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dərnəyin koordinatoru Cavid Əmirov 1918-ci il martın 30-dan aprelin 3-dək bolşeviklərin erməni silahlı quldurlarının Bakı şəhərində Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan digər ərazilərdə Azərbaycan xalqına qarşı törətdikləri qanlı qətliamlar barədə ətraflı məlumat verib. O bildirib ki, Bakı Sovetinin etnik erməni olan rəhbəri Stepan Şaumyanın göstərişi ilə martın 30-dan başlayaraq Bakıda aralarında qadınların, körpələrin yaşlı insanların da olduğu minlərlə dinc Azərbaycan türkü müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilib, yaşayış məntəqələri, milli memarlıq abidələri, məscidlər, qəbiristanlıqlar dağıdılıb, Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Nəzərə çatdırıb ki, ötən illər ərzində Azərbaycanda aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar sən