Sülh sazişi imzalanmalıdır
"Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər". Bu fikri mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdə deyib.
Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri və oradakı çıxışı hər bir azərbaycanlı üçün qürurverici idi. Cənab Prezident çıxışında bildirdi ki, bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Son vaxtlar beynəlxalq təşkilatlar da faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq və mövqeyimizdən kənara bir addım belə atmırıq. Lakin sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.
Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü - sülh və əməkdaşlıq dövrünü təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: "Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipdən ibarət sülh paketi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır". Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar.
Biz işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan hər zaman müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağın üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı.
Xatırladaq ki, düşmən və havadarları bu və ya digər formada işğal olunmuş digər rayonları qaytarmağa "razılıq" versələr də, Laçını və Kəlbəcəri heç vaxt "güzəştə" getməyəcəklərini bəyan edirdilər. Ölkə başçısının Vətən müharibəsindəki hərbi-siyasi qələbə ilə yaratdığı reallıq nəinki düşmənin iradəsini qırdı, üstəlik, Ermənistanı vadar etdi ki, Laçını və Kəlbəcəri bir güllə atılmadan tərk etsin. Eyni zamanda postmüharibə dövründə ermənilər ən çox təxribat və manipulyasiyaları məhz Laçın istiqamətində törədirdilər. Lakin Ali Baş Komandanın qətiyyətli mövqeyi ilə sərhəd-buraxılış məntəqələrinin qurulması həm Ermənistan və onun havadarlarını, həm də separatçıları tamamilə dalana dirədi. Belə bir yeni geosiyasi situasiyada İlham Əliyevin Laçına ilk qayıdışı reallaşdırması və Laçın şəhərindən verdiyi bəyanatlar Azərbaycan liderinin qətiyyətinin göstəricisi olmaqla bərabər, əslində, bütövlükdə bölgə üçün yeni yol xəritəsi hesab edilməlidir. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar.
Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmini, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bunun reallığa çevrilməsi üçün üzərinə