Turizm və tələbələrin mübadiləsi Şimali Kipr və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələrində əsas sahələrdir.
"Respublika" xəbər verir ki, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında bildirib.
Azərbaycanlı tələbələri Şimali Kiprdə görməkdən məmnun olacaqlarını diqqətə çatdıran Ersin Tatar ölkəmizlə digər sahələrdə əməkdaşlıq əlaqələrinin imkanlarından danışıb.