Şərqi Zəngəzurda su təminatının yaxşılaşdırılması işləri
İQTİSADİYYAT

Şərqi Zəngəzurda su təminatının yaxşılaşdırılması işləri

5 iyun Su Təsərrüfatı Meliorasiya İşçilərinin Peşə Bayramı Günüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi yenilməz rəşadətli, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, vətənpərvər xalqımızın dəstəyi ilə 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edildi. Bu zəfərlə biz  20 faiz ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyduq. Qəlbimizdə yüksək qürur hissi yaradan şanlı tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.

2003- ildən  respublikamıza rəhbərlik edən  Prezident cənab İlham Əliyevin  uzaqgörən, qətiyyətli  praqmatik siyasəti sayəsində bütün sahələrdə yüksək inkişaf mərhələsinə qədəm qoyulduİqtisadi, hərbi siyasi  sahədəki misilsiz uğurlarımız  artıq birmənalı şəkildə dünya dövlətləri tərəfindən qəbul olunur.

Ölkəyə rəhbərliyi  dövründə respublikamızın, o cümlədən kəndlərimizin  sosial-iqtisadi  inkişafı iqtisadiyyatımızın  dünyaya  inteqrasiyasının təmin edilməsi  sahəsində  ölkə  başçısı İlham  Əliyevin  göstərişi ilə  icrası həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafını təmin etmiş Dövlət proqramları çərçivəsində görülmüş  işlərinfrastrukturun  sosial xidmətlərin  daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun maddi rifahının  yüksəldilməsi ilə nəticələnmişdir.

Dayanaqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətəqabliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların  səmərəli istifadəsi ətraf mühitin  etibarlı mühafizəsi məhz bu siyasətin əsasında dayanır. Azərbaycan Respublikasında su ehtiyatları, su təsərrüfatı meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə  ölkə başçısı 30 mart 2023- ildə müvafiq Fərman imzalamışdır. Fərmana əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, "Azərsu" Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir.

Fərmanla müəyyən edilmişdir  ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış tullantı sularının emalı axıdılması sistemlərinin istismarını, eləcə bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hazırda Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 kilometr suvarma kanalı, 32633 kilometr kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 9578 subartezian artezian quyusu, 2 min kilometrdən artıq sel daşqınlardan mühafizə bəndi, 125 min hektar qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya meliorasiya sistemləri qurğuları fəaliyyət göstərir.

Azərbaycan Respublikasının  Prezidenti   cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin  təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın  icrası ilə əlaqədar Səhmdar Cəmiyyəti  tərəfindən  səlahiyyətlərinə uyğun olaraq ölkənin əsas su su təsərrüfatı obyeklərində su ehtiyatlarından səmərəli istifadə edilməsi su itkilərinin qarşısının alınması