Sentyabrın 5-də Azərbaycanda COVID-19 əleyhinə 5 doza vaksin vurulub
Səhiyyə

Sentyabrın 5-də Azərbaycanda COVID-19 əleyhinə 5 doza vaksin vurulub

Sentyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza və ikinci doza vaksin vurulmayıb. Üç və daha çox doza vaksinlərin sayı 4, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 865 min 343, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 374 min 904, ikinci mərhələ üzrə 4 milyon 863 min 804, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 366 min 977, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 259 min 658-dir.

AZƏRTAC