Sənətkarlıqdan sosial sahibkarlığa
Region

Sənətkarlıqdan sosial sahibkarlığa

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində "Sənətkarlıqdan sosial sahibkarlığa" adlı layihə çərçivəsində sərgi və "Dəyirmi masa" təşkil edilib. Tədbirdə Lənkəran, Masallı, Lerik və Astara rayonlarından qədim el sənətini yaşadanlar, mədəni irs üzrə ixtisaslaşmış sahibkarlar və mütəxəssislər iştirak ediblər.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbiri giriş sözü ilə açaraq layihənin məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, yeni, müasir layihə regionunun sənətkarlıq nümunələrinin tanıdılmasına, qədim sənət ənənələrinin dirçəldilməsinə xidmət edəcəkdir. Layihənin icrası cənub regionunun mədəni həyatının inkişafına dəstək verməklə yanaşı, ümumilikdə, respublikamızın digər bölgələri üçün də çox vacib və əhəmiyyətlidir.

Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin sədri Aytən Həsənova layihə barədə ətraflı məlumat verib. Layihənin sənətkarların peşəkar bacarıqlarının artırılmasına, sosial sahibkarlıq fəaliyyətinin təşkilinə, həmçinin milli məhsul brendlərinin sayının artırılmasına və ixracına dəstək olacağını söyləyib.

Layihənin mentoru Arif Nəcimov sənətkarların sahibkarlıq fəaliyyəti və sosial sahibkarlıq haqqında ətraflı məlumat paylaşıb, gələcəkdə sənətkarların cəmiyyətdə və ətraf mühitin qorunmasında iştirak imkanlarından danışıb.

 "Leyla Xazari" Rəsm Qalereyasının təsis