Dövlət Arxivinin Quba filialı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sənəd sərgisi keçirilmişdir. Dövlət Arxivinin yaydığı məlumatda bildirilir ki, Dövlət Arxivinin Quba filialında keçirilən sərgidə filialın rəhbərliyi və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, filiala gələn vətəndaşlar iştirak etmişlər.
Tədbiri açıq elan Dövlət Arxivi Quba filialının filialının direktoru Şirin Müzəffərov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat vermiş, keçirilən sərgidə istifadə olunan sənədlərin əhəmiyyətini qeyd etmişdir.
Natiq çıxışında onu da vurğulamışdır ki, sərgidə təqdim edilən sənədlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə regionun sosial-iqtisadi inkişafı ilə bağlı görülən tədbirləri özündə əks etdirir.
“Respublika”.