Şəhid və qazi övladları ilə birgə bayram şənliyi
Sosial həyat

Şəhid və qazi övladları ilə birgə bayram şənliyi

Mingəçevir

Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə şəhidlərin və qazilərin övladları üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, şəhid anaları, ailə üzvləri və övladları, qazilər və onların uşaqları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir Mərkəzi Aran Regoional Təhsil İdarəsinin Mingəçevir şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzinin müəllim və şagidrlərinin təqdim etdiyi kompozisiya, mahnı və rəqslərlə davam etdirilib. Klounların təqdim etdiyi şən məzhəkələr, Şaxta baba və Qar qızın söhbətləri ilə şənlənən qəhrəmanların uşaqları şən, yadda qalan saatlar keçiriblər. Fədakar vətən övladlarının uşaqları mahnılar oxuyub, şeirlər söyləyib, rəqs ediblər. Bayram şənliyində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ən xoş arzularını çatdırıb. Şəhər rəhbəri, uzun illərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, qəhrəman şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin fədakarlığı sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində dövlətimizin qazandığı böyük Zəfərdən fəxarətlə danışıb. Qeyd olunub ki, Azərbaycanın vətənpərvər övladlarının qorxmazlığı və şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunub, yurdumuzun ərazi bütövlüyü bərpa olunub.

Prezident İlham Əliyevin şəhid övladlarına, qazilərə, onların uşaqlarına hər zaman xüsusi diqqət və qayğı göstərir. Mingəçevirdə də şəhidlərin və qazilərin övladlarına diqqət və qayğı sonuzdur. Bu gün işğaldan azad olunan torpaqlarda böyük quruculuq işləri aparılır, dövlətimiz inkişaf, tərəqqi yolunda inamla irəliləyir. İki şəhid qardaşın-Musa və Tural Həsənovun anası Nəhayət Həsənova qayğıya görə minnətdarğını bildirərək balacaları təbrik edib. Sonda, şəhər rəhbəri uşaqlara bayram hədiyyələrini təqdim edib. Xatirə şəkilləri çəkilib.

Zabit XƏLİLOV,

“Respublika”.