Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın iyunun 13-də Fransanın "Le Figaro" qəzetində "Respublikaçı" deputatlar tərəfindən dərc olunmuş məqaləyə cavab məktubunda yer alıb.
"Le Figaro" 2023-cü il iyunun 12-də saat 20:20-də öz internet səhifəsində və qəzetinin 13 iyun 2023-cü il tarixli buraxılışında, 170-dən çox "Respublikaçı" deputatın imzaladığı "Dağlıq Qarabağa dəstək üçün sağçı Respublikaçıların müraciəti" adlı məqalə dərc edib.
Bu yazıda səfir kimi fəaliyyət göstərdiyim Fransadakı bütün azərbaycanlıların şərəfinə xələl gətirən qeyri-dəqiq məlumatlar mövcuddur.
"Respublikaçı" deputatların başlatdığı "həyəcan siqnalı" yanlış məlumatlara əsaslanır və Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının qarşısını almaq məqsədilə bu miflərlə çıxış edən marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir.
Fransız deputatların Ermənistan xalqının həyati və milli maraqlarının zərərinə müəyyən radikal və millətçi qrupların seçki təzyiqinə tabe olması demokratiya və sülh üçün təhlükəlidir. Bizim son 30 ildə ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, bütün regionda inkişaf və əməkdaşlığa yeni səhifə açmaq üçün tarixi imkanımız olduğu bir vaxtda bu radikal qüvvələr yalnız öz siyasi mövcudluqlarını təmin etmək məqsədilə dağıdıcı mövqeyə üstünlük verirlər.
Xatırlatmaq istərdim ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası Ermənistan tərəfindən misli görünməmiş hərbi təcavüz ilə üzləşmiş, bunun nəticəsində beynəlxalq səviyyədə Azərbaycana məxsus ərazilərinin 20 faizi işğal edilmişdi. Ölkənin ərazi bütövlüyü və suverenliyi pozulmuş, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmənin qurbanı olan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası, Fransanın da səs verdiyi, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və Ermənistanın işğalçı qüvvələrinin onun suveren ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən çoxsaylı hərbi təxribatlardan sonra 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə nəticəsində Azərbaycan BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarına uyğun olaraq öz ərazisini və xalqını müdafiə edərək tarixi ədaləti bərpa edib. Ərazilərinin tamamilə dağıdılmasına baxmayaraq, işğal başa çatdıqdan sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif edən də məhz Azərbaycan olub. Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə vicdanla hörmət etməsi və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməsi vacibdir.
Sözügedən məqalədə qeyd olunan Laçın yolu Azərbaycan Respublikasının suveren ərazisinin bir hissəsidir və Laçın rayonu ilə Azərbaycan Respublikasının Xankəndi şəhəri arasında yerləşir. Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyası tərəfindən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Laçın yolu müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulub.
Lakin bu yol Ermənistan tərəfindən qeyri-qanuni hərbi və kommersiya məqsədləri üçün, xüsusən də Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilməsi davam edən silahlı qüvvələrin şəxsi heyətinin hərəkəti və silah-sursatın daşınması üçün istifadə olunub. Bundan başqa, üçüncü ölkə vətəndaşları terrorçuların hazırlanması və sıralarına cəlb edilməsi kimi şübhəli məqsədlərlə Laçın yolu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olub.
Məqalədə Azərbaycan tərəfindən Laçın yolunun qondarma "bağlanması"na istinad edilməsi heç də reallığı əks etdirmir. Azərbaycan Respublikası tərəfindən Ermənistanla sərhəddə 7/24 fəaliyyət göstərən və erməni əsilli azərbaycanlı sakinlər tərəfindən istifadə edilən keçid məntəqəsi yaradılıb. KİV-də yayımlanan çoxsaylı video və fotoların da sübut etdiyi kimi hər iki istiqamətdə sərbəst və təhlükəsiz hərəkət Azərbaycan tərəfindən təmin edilir. Bununla bağlı Beynəlxalq