Bu il mayın 28-də Türkiyədə keçirilən prezident seçkiləri dünyaya daha bir demokratiya nümunəsi oldu. Rəcəb Tayyib Ərdoğanın səs çoxluğu ilə qalib gəlməsi və növbəti dəfə Türkiyənin Prezidenti seçilməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.
Demək yerinə düşər ki, qardaş ölkədə seçkilərin bu cür şəffaflıqla təşkil olunması xalqın bir daha Ərdoğana ehtiyacını və ona olan etimadı təsdiqlədi. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycanda da böyük təntənə ilə qarşılandı. Çünki Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi xarici siyasətin əsas prioritetləri sırasında Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi xüsusi yer alır. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın apardıqları düzgün siyasət Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin dünyada nümunə olmasında mühüm rol oynamışdır. Seçkilərdə Ərdoğanın qalib gəlməsi türk xalqının bir daha tərəqqini, inkişafı, sabitliyi, əmin-amanlığı seçdiyinin göstəricisidir.
Qardaş ölkə son 21 ildə məhz Rəcəb Tayyib Ərdoğanın sayəsində böyük inkişaf yolu keçməklə dünyada nüfuz qazanıb. Bu baxımdan, beynəlxalq aləmdə baş verən bütün siyasi proseslərdə Ərdoğanın mövqeyinin nəzərə alınması təsadüfi deyil. Daha bir qeyd etməli olduğumuz məqam Ərdoğanın uzun illər ərzində yürütdüyü uğurlu siyasətdir. Seçkilər zamanı hər nə qədər qarşı tərəf ölkənin idarəetmə quruluşunu dəyişəcəyini, parlamentli respublikaya keçəcəyini, referendum keçirəcəyini iddia etsə də, illər ərzində təsdiqlənmiş Ərdoğan siyasətinə heç nə təsir edə bilmədi. Xatırlatmaq lazımdır ki, qardaş ölkənin parlamentli respublika olduğu zamanlarda tez-tez hökumət dəyişikliyi baş verirdi ki, bu da özlüyündə Türkiyənin nüfuzuna, həm də iqtisadi inkişafına mənfi təsir edirdi. Qeyd edək ki, müxalifət, həmçinin Türk dünyasının birliyi məsələsini də gözardı etmək niyyətində idi. Amma Rəcəb Tayyib Ərdoğan daim bu ideyanı müdafiə etmiş, türk dövlətlərinin birliyi üçün böyük səy göstərmişdir. Seçkilər zamanı qarşı tərəfin Azərbaycanla münasibətləri minimuma endirmək barədə sətiraltı mesajları cəmiyyət tərəfindən heç də xoş qarşılanmamışdı. Çünki Azərbaycan-Türkiyə əlaqələri tarixi sınaqlardan keçməklə öz əbədiliyini və sarsılmazlığını daim dünyaya nümayiş etdirmişdir. Xalqın Ərdoğana səs verməsi, həmçinin qardaş ölkənin onunla başlayan inkişafını, artan siyasi nüfuzunu, dünya birliyində söz sahibinə çevrilməsini, həmçinin Türk dünyasının birliyini gücləndirmək ideyasını dəstəklədiyinin təzahürü idi. Rəcəb Tayyib Ərdoğanın qalibiyyət sonrası balkon çıxışı zamanı söylədiyi fikirlər gələcək 5 ildə qardaş ölkənin daha da çiçəklənəcəyinə mühüm işarə oldu: "İki bayram arasında bizə demokratiya bayramı yaşadan xalqıma təşəkkür edirəm. Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram. 21 ildir layiq olduğumuz kimi, bundan sonra da Türk xalqına layiq olmağa çalışacağıq".
Təsadüfi deyil ki, Ərdoğanın qələbəsini ilk təbrik edən ölkə lideri də məhz Prezident İlham Əliyev oldu. Həmçinin dövlət başçımızın iyunun 3-də Türkiyəyə gedərək Ərdoğanın andiçmə mərasimində iştirak etməsi iki ölkə arasındakı münasibətlərin dərinliyinin göstəricisidir. Ərdoğanın yeni təyin olunmuş hökumətlə Türkiyənin yüzilliyi istiqamətində mühüm səylə çalışacağını bildirməsi qardaş ölkənin gələcəkdəki inkişaf perspektivlərindən xəbər verir. Mərasim zamanı Ərdoğanın Prezident İlham Əliyev ilə səmimi görüşməsi qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Ümumiyyətlə, tədbirin gedişatında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya xüsusi diqqət göstərilib. Bunun əsasında isə iki qardaş ölkənin rəhbərlərinin doğma, isti münasibətləri durur. Mərasimdən sonra səlahiyyətlərinin icrasına başlayan Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini də elan edib. Vitse-prezidentlik vəzifəsinin icrası Cevdet Yılmaza tapşırılıb. Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə və sosial xidmətlər, Vedat İşıkhan əmək və sosial müdafiə, Mehmet Özhaseki şəhərləşmə və iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika və təbii sərvətlər, Osman Aşkın