Reklam və elanlar

"Rotary Motors" MMC və "Subaru Azərbaycan" MMC konsolidə edilmiş hesabatı

MÜSTƏQİL AUDİTORUN HESABATI

Şərti müsbət rəy

Biz "Subaru Azərbaycan" (VÖEN; 1400968521) Məhdud Məsuliyyətli Cəmiyyətinin və təsisçisi olan "Rotary Motors" (VÖEN : 1401240691) Məhdud Məsuliyyətli Cəmiyyətinin (Bundan sonra - "Cəmiyyət") 31 dekabr 2021-ci il tarixinə maliyyə hesabatlarının auditini aparmışıq, Hesab edirəm ki, hesabatımızın "Şərti müsbət rəy üçün əsaslar" bölməsində əks etdirilən məsələnin nəticələri istisna olmaqla, əlavə edilmiş məcmu gəlirlər və zərər haqqında hesabat, maliyyə vəziyyətinə dair hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat Cəmiyyətin 31  dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Şərti müsbət rəy üçün əsaslar

Cəmiyyət Maliyyə Hesabatlarını mühasibat uçotunu qanunvericiliyə müvafiq olaraq aparmalıdır. Təqdim olunmuş hesabatın həmin sənədlərə tam müvafiqliyi təmin olunmalıdır, maliyyə hesabatlarındakı uyğunsuzluqlar əhəmiyyətli, lakın nüfuzedici olmayan təsir göstərir, yəni şərti müsbət rəy müvafiqdir.

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu. standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın ''Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və biz digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün münasibdir.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Mən diqqəti "Subaru Azərbaycan" (VÖEN: 1400968521) Məhdud Məsuliyyətli Cəmiyyətinin və təsisçisi olan "Rotary Motors" (VÖEN: 1401240691) Məhdud Məsuliyyətli Cəmiyyətinin koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı MMC-nin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdim. Haztrkı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır,

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

"INTERNATIONAL AUDİT" MMC

Bakı, Azərbaycan Respublikası

16 fevral 2022-ci il

İcazə: AT/146, 04 dekabr 2017

Rəy AR Auditorlar Palatasında tFJXHxNYbx № ilə qeydə alınmışdır.