Regionun mühüm enerji ixracatçısı
Siyasət

Regionun mühüm enerji ixracatçısı

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti region dövlətləri arasında getdikcə artır. Son illərdə Avrasiya məkanında baş verən geosiyasi proseslər enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni mənbələr axtarmaq məcburiyyətində qoyur. Bu baxımdan, regionun əsas neft ölkələrindən biri kimi Azərbaycan ön planda çıxış edir. Bu mənada Avropanın alternativ mənbələrə çıxışda enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi təbiidir. Azərbaycan sabit etibarlı imici ilə diqqət çəkir. Ekspertlərin bildirdiyi kimi, ölkəmiz enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır. Azərbaycan Respublikası Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti "Əsrin müqaviləsi" ilə regionun ilk neft istehsalçılarından olan Azərbaycanı beynəlxalq enerji arenasında birbaşa iştirakçıya çevirdi. Azərbaycanda külək günəş enerjisi potensialı kifayət qədərdir bu sahədə mühüm işlər aparılır. Külək enerjisi potensialı üzrə Xızı Abşeron yarımadasının qərb hissəsi, Günəş enerjisi potensialı üzrə isə Naxçıvan əlverişli ərazilərdir.

Azərbaycan gündən-günə inkişaf edir sürətlə yenilənir. Hətta bir sıra istiqamətlərdə dünyada regionda lider qismində çıxış edir. Əldə etdiyimiz bu nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi hesabatlarında da öz əksini tapıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl" texnologiyaları enerji səmərəliliyini təmin etmək məqsədilə işçi qrupu yaradılmışdır. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli sərəncamı ilə qəbul edilmişdir. Azərbaycan Respublikası sosial-iqtisadi, siyasi mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu mərhələdə "yaşıl" texnologiyaların inkişafına üstünlük verərək ekoloji çirklənmənin qarşısını almaq kimi mühüm məsələlər öz həllini gözləyir. İşğaldan azad edilmiş ərazilərimizin böyük həcmdə bərpaolunan enerji imkanları var. Orada 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Həmçinin Qarabağ bölgəsi Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Təsadüfi deyil ki, yerli su ehtiyatlarının 25 faizi bu ərazidə formalaşır. Bununla yanaşı, regionda digər mühüm enerji obyektləri, gücü 200 MVt olan "Xudafərin" 80 MVt gücündə "Qız Qalası" hidroqovşaqları fəaliyyət göstərir. Azərbaycan Respublikası ərazisində "Yaşıl" kənd ya "Ağıllı" kənd, həmçinin Qarabağda "Ağıllı" şəhər kəndlərin salınması isə bu sahədə əsası qoyulmuş ən böyük işlərdəndir. Qarabağ bölgəsində qurulan "ağıllı" şəhər kəndlər ətraf qonşularımıza da nümunədir. Bu da beynəlxalq arenada "ağıllı şəhər"lərin tətbiqi üçün bünövrə ola bilər. Bərpaolunan enerji potensialımız 27 000 MVt təşkil edir. Ayrılıqda isə külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. Bu isə "yaşıl enerji" sahəsində Azərbaycanın beynəlxalq arenada bir çox ölkələrdən fərqli imkanlara malik olduğunun göstəricisidir. Yaşıl enerji məsələsində atılmış ən mühüm addımlardan biri ötən il Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasıdır. Bununla da Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir. Həmçinin ölkə başçımızın bu il aprelin 25- Bolqarıstana rəsmi səfəri çərçivəsində Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu" imzalanıb. Memoranduma əsasən, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 6-dan 10-a çatdırılacağı bildirilib. Memorandumda Azərbaycanın qaz