Regional təhlükəsizliyə xidmət edən Laçın dəhlizi
Siyasət

Regional təhlükəsizliyə xidmət edən Laçın dəhlizi

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat hərbi əməliyyatları dayandırmaqla Qarabağ münaqişəsinə son qoydu. Ermənistanın kapitulyasiyası olan  bu  sənədi imzalayarkən hər iki tərəf  30 il ərzində regionda iflic vəziyyətinə düşmüş kommunikasiyaların açılmasına, insanların, nəqliyyat vasitələrinin yüklərin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə  götürdü.

Üçtərəfli Bəyanatda, həmçinin keçmiş Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizinin Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalması, tərəflərin razılığı əsasında növbəti üç il ərzində  Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planının müəyyən edilməsi bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulmuşdur.

(əvvəli 1-ci səhifədə)

Laçın dəhlizindəki vəziyyət Bəyanatın 6- bəndinə uyğun olaraq həll edilməli ermənilər Laçın dəhlizi boyu yerləşən Zabux Sus kəndlərindən çıxmalı idilər.

Azərbaycan dövləti Laçın dəhlizinə 32 kilometr uzunluğunda olan alternativ yolu bir il ərzində tikib başa çatdırdıqdan sonra Rusiya hökumətinə rəsmi bildiriş göndərərək sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirilməsini bildirmişdir. Ermənistan isə hər zaman olduğu kimi, vədinə əməl etməkdən boyun qaçıraraq yolun 2023- ilin sonuna qədər inşa ediləcəyini bəyan etmişdir. Dövlət başçımız bu dəfə qeyri-konstruktivlik nümayiş etdirən Ermənistana üçtərəfli Bəyanatın müddəasını yerinə yetirmədiyi təqdirdə Azərbaycanın Laçın dəhlizinə girəcəyini, orada öz postlarını quracağını bildirməsindən sonra Qarabağda yaşayan ermənilər məskunlaşdıqları Azərbaycan torpaqlarından çıxmaq üçün vaxt istəmişlər. Ötən il avqust ayının 26-da Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux Sus kəndləri nəzarətə götürüldü. Ermənistan hakimiyyəti dəhliz boyu kəndlərin sakinlərinə təxliyə üçün 20 gün vaxt verdi. Azərbaycan Prezidenti İlham Əliyev erməni əsilli Azərbaycan vətəndaşlarına azərbaycanlılar kimi münasibət göstəriləcəyini vəd etsə , digər qanunsuz məskunlaşan erməni sakinlərinin Azərbaycana məxsus ərazilərdən çıxmalarını tələb etdi.

Bütün region üçün mühüm əhəmiyyət kəsb edən Laçın dəhlizi həm Ermənistanı Qarabağla birləşdirən yoldur. Həmçinin alternativi olmayan bu dəhliz Laçını Qarabağa birləşdirməklə yanaşı, Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Belə ki, Laçın dəhlizinə nəzarət edilməsi Qarabağa, o cümlədən Zəngəzur ərazilərinə nəzarəti təmin edir. Ermənistanın Qarabağı işğal altında saxlaya bilməsi üçün yeganə vasitə olan Laçın dəhlizi elə bu səbəbdəndir ki, Ermənistan üçün həyati dərəcədə vacib əhəmiyyət daşıyıb hər zaman.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan kapitulyasiya aktını imzalayarkən üzərinə götürdüyü öhdəliklərdən biri olaraq Laçın rayonunu Azərbaycana qaytarsa da, yəni bu ərazi formal olaraq Azərbaycanın olsa da, Laçına yalnız Ermənistan pasportu olanlar girə bilir, azərbaycanlı hərbçilər isə dəhliz boyunca hər keçidi rus sülhməramlıları ilə razılaşdırmalı olurdular. Eyni zamanda, müharibənin başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, ermənilər Ermənistan-Azərbaycan sərhəd xəttində mütəmadi olaraq qarşıdurmalar yaradır, təxribatlar törədir, "həyat xətti" adlandırdıqları bu yolla Qarabağa silah-sursatın, minaların qeyri-qanuni daşınmasını həyata keçirirdilər. 30 il Azərbaycan torpaqlarını, onun yeraltı-yerüstü sərvətlərini talan edən ermənilər bu əməllərini müharibədən sonra da davam etdirir, təbii sərvətlərimizi Ermənistana daşıyır, oradan isə xarici bazarlara çıxarırdılar. 2020-ci ildə Qarabağ müharibəsinə son qoyan atəşkəs razılaşmasına əsasən Rusiya sülhməramlı kontingentinə yola nəzarət etmək, insanların yüklərin təhlükəsiz keçməsini təmin etmək həvalə olunsa da, rus sülhməramlıları öz missiyalarını həyata keçirmədilər. Azərbaycan ərazilərindən bu günə qədər çıxarılmayan erməni silahlı birləşmələrinin silah-sursatla təmin edilməsində, ölkəmizin təbii sərvətlərinin talan olunmasında Laçın yolundan istifadəyə göz yumdular.

Ötən il dekabrın 12-dən ermənilərin təbii ehtiyatlarımızı talan etməklə ekologiyamıza vurduğu ziyanın qarşısını almaq məqsədilə azərbaycanlı ekofəallar, QNT nümayəndələri aksiyaya başlamış