Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir
Digər xəbərlər

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

Müdafiə nazirinin təsdiq etdiyi 2023- ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket Artilleriya Qoşunlarının bölmələri ilə gecə gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.

Daha sonra bölmələr atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi artilleriya qurğularından döyüş atışları icra ediblər.

Bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilən təlimlərdə şərti düşmən hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilib.