10 APREL İnşaatşılar Günüdür
Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur
Uca Yaradan yer üzünün əşrəfi sayılan insana ağıl, düşüncə, sevmək, sevilmək, qurub-yaratmaq kimi bir çox üstünlüklər bəxş etmişdir. Bəşər övladı yaranışından bu ali hisslərlə yaşamış, yaratdığı bütün gözəllikləri gələcək nəsillərə ərməğan qoymuşdur. İnsan əli ilə ərsəyə gələn hər bir möcüzə zaman keçdikcə tarixə dönmüş, xalqın, millətin kimliyinin təsdiqinə çevrilmişdir. Qədim şəhərlər, tarixi binalar, memarlıq abidələri xalqın uzaq keçmişindən xəbər verməklə bərabər, həm də onun milli-mənəvi dəyərlərini özündə yaşadır.
Ölkəmiz tarixi, mədəni abidələri ilə bütün dünyada tanınır. Azərbaycan memarlığının ən qədim nümunələrindən olan, Bakının simvolu sayılan, dünya inciləri siyahısında yer alan İçərişəhər paytaxtımıza gözəllik verməklə yanaşı, tarixilik baxımından da mühüm əhəmiyyət daşıyır. Tarixi-memarlıq qoruğu statusuna malik olan İçərişəhər kompleksi UNESCO tərəfindən məşhur və nadir tarixi şəhər ansamblı və heykəltaraşlıq nümunəsi adlandırılıb.
Bakının, eləcə də Abşeronun ən möhtəşəm memarlıq abidəsi olan Qız qalası qədim qala divarlarının - İçərişəhərin cənub-şərq hissəsində yerləşən tarixi abidədir. Hündürlüyü 28 metr olan qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır. Şirvanşahlar sarayı, Atəşgah, Ağoğlan qəsr kompleksi, Əlincə qalası, Mömünə Xatun Türbəsi, Xudafərin körpüləri kimi memarlıq abidələri Azərbaycan memarlıq sənətinin əvəzolunmaz nümunələridir.
1960-cı illərdə Əliş Ləmbəranskinin şəhər rəhbəri təyin olunmasından sonra Bakıda tikinti işləri geniş vüsət almışdır. Ulu öndərin respublikaya rəhbərliyinin ilk vaxtlarından isə ölkəmizdə tikinti sahəsinə xüsusi diqqət ayrılmış, Bakının simvoluna çevrilən binalar tikilmiş, tarixi əhəmiyyət kəsb edən tikililər bərpa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş, Azərbaycan milli memarlığının incilərindən sayılan Gülüstan sarayı illər boyu önəmli hadisələrə evsahibliyi edərək, tarixin mühüm bir hissəsinə çevrilmişdir. Milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə həyat yoldaşı Yelezaveta Tuqanova üçün inşa etdirdiyi saray 1917-ci il Oktyabr inqilabından sonra Əli Bayramov adına Qadın klubu, Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərmiş, sonralar isə uzun illər Nikah evi kimi istifadə olunmuşdur. Səadət sarayı kimi tanınan bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.
Möhtəşəm memarlıq abidələri yaradan, binalar ucaldan insanlar eyni zamanda xalqın mədəniyyət tarixini yazırlar. Bu baxımdan, xalqımızın maddi-mədəni irsinin qiymətli nümunəsi olan bu abidələri yaradan inşaatçıların əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Qədim tarixi ənənələrə malik olan Azərbaycan inşaatı və memarlığı dünya mədəni irsinə mühüm əhəmiyyətli töhfələr bəxş etmişdir. Bu sənət əsərləri Şərq və Qərb memarlığının nadir nümunələrini özündə əks etdirir.
Bu gün ölkəmizin hər yerində böyük quruculuq işləri geniş vüsət alıb. İşğaldan azad olunmuş ərazilərimiz əsl tikinti meydançasını xatırladır. Burada yeni şəhər və kəndlər salınır, qəsəbələr yaradılır, yolların tikintisi aparılır. Tikinti-quruculuq işləri, o cümlədən yol-küçə şəbəkəsinin layihələndirilməsi, ilk bərpa ediləcək kəndlərin tikinti layihələri reallaşdırılır. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən bu il işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti