Qəzzada baş verən toqquşmalarda daha 21 İsrail əsgəri həlak olub
Gündəm

Qəzzada baş verən toqquşmalarda daha 21 İsrail əsgəri həlak olub

İsrail ordusu Qəzzada davam edən toqquşmalarda daha 21 əsgərinin öldürüldüyünü açıqlayıb.

“Respublika” “Anadolu Agentliyini”nə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat yayıb.

Daniel Haqari mətbuat konfransında İsrail Qüvvələrinə məxsus bir tankın Qəzzanın mərkəzi hissəsindəki İsrail sərhədinə yaxın bir ərazidə qumbaraatandan atəşə tutulduğunu söyləyib. Haqari, həmin vaxt hücum bölgəsində 2 binada da partlayışın baş verdiyini və binaların çökdüyünü qeyd edib.

Açıqlamada bildirilib ki, partlayış zamanı İsrail qüvvələri sözügedən 2 binada və onun yaxınlığında olublar. Beləliklə, hücum nəticəsində 21 israilli hərbçi həlak olub. Onlardan 10-nun adı rəsmi olaraq açıqlanıb.

Musa Bağırlı,
“Respublika”.