Təxminən iki əsrdən artıqdır ki, azərbaycanlılar ermənilərin təzyiqləri ilə üz-üzə qalmışdır. Ermənilər bəzi ermənipərəst ölkələrin dəstəyi ilə Qafqaza ayaq açdıqdan sonra bölgədə tarazlıq pozulmuş, bir sıra bəşəri cinayətlər baş vermiş, dostluq və qardaşlıq şəraitində yaşayan insanların arasına nifaq toxumu səpilmişdir.
Məlumdur ki, heç vaxt ermənilərin vətəni olmamışdır. Onlar harada yaşayıblarsa, həmin əraziləri özününküləşdirməyə cəhd ediblər. Öz havadarlarının birbaşa dəstəyi ilə çirkin niyyətlərinə çatıblar. Qədim yurd yerlərimiz olan Azərbaycanın Qərb hissəsində bir nəfər də olsun erməninin yaşamadığı İrəvan şəhəri haylara paytaxt seçilmişdir.
Zaman-zaman orada yaşayan azərbaycanlılar sıxışdırılaraq öz tarixi vətənlərindən deportasiya olunmuşlar. Ermənilər dəfələrlə Qərbi Azərbaycanda, o cümlədən Azərbaycanın digər bölgələrində ağlagəlməz, qeyri-insani cinayətlər törətmiş, günahsız insanlara bəşər tarixində görünməmiş işgəncələr vermiş, bir sözlə, uşaq, qadın, qocalar da daxil olmaqla minlərlə insanı vəhşicəsinə qətlə yetirmişlər.
Günahsız camaat illər uzunu əziyyətlə qurduqları ev-eşiklərini, malını-mülkünü qoyub doğma Vətənlərini tərk etmək məcburiyyətində qalmışlar. Bu proses üç dəfə kütləvi şəkildə baş vermiş, hər zaman soydaşlarımız Qərbi Azərbaycanı tərk etməli olmuşlar.
Belə ki, ermənilər savadlı azərbaycanlı gənclərə heç vaxt normal məsul vəzifələrdə çalışmalarına imkan verməmiş, bu səbəbdən onlar Azərbaycana, o cümlədən keçmiş ittifaq respublikalarının bəzilərinə üz tutmuşlar. Ən nəhayət, 1988-ci ildə azğınlaşmış ermənilər Qərbi Azərbaycandan 250 mindən artıq soydaşımızı çox qısa zaman kəsiyində doğma vətənlərindən deportasiya etməyə nail olublar. Bütün bu illər ərzində Qərbi azərbaycanlılar yurd həsrəti ilə yaşamış, o yerlərə qayıdacaqları anı səbirsizliklə gözləmişlər.
2022-ci il dekabr ayının 24-də xalqın çoxdan gözlədiyi an gəlib çatdı. Qalib ölkənin Ali Baş Komandanı İlham Əliyev həmin tarixdə əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə Qərbi Azərbaycan İcmasının inzibati binasında görüşü zamanı o yerlərin sakinlərinin ata-baba yurdlarına qayıtması mesajını verdi. Həmin tədbirdə dövlət başçısının qətiyyətli çıxışı hər kəsin sevincinə səbəb oldu.
Prezident İlham Əliyev görüş zamanı demişdir: "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyalara məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdır".
Əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Hüseynov bizimlə söhbət zamanı bildirdi ki, 1950-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olmuşdur. Atası Zülfəli Hüseynov Qarakilsə (Sisyan) rayonunun Şıxlar kəndində 1922-ci ildə doğulub. Qafanda müəllimlik kursunu bitirdikdən sonra o, dövlətin göndərişi ilə Kəlbəcərdə müəllim işləmişdir.
Fəxrəddin Hüseynov bildirdi ki, hər il 3 ay yay aylarında Qarakilsədə yaşayan qohumlarının evində qonaq qismində yaşamışdır. Atasından eşitdiklərini nəql edərək dedi ki, hələ ötən əsrlərdən Qərbi Azərbaycana İran, Türkiyə, İraq və başqa yerlərdən ermənilərin köçürülməsinə başlanmışdır. Ali təhsilli azərbaycanlı gənclərə rayon mərkəzində heç bir vəzifə verilmirdi. İşləyən azərbaycanlılara daim müxtəlif üsullarla təzyiq edilir, hətta onlar bəzən şərlənərək həbs olunurdular.
1948-1950-ci illərdə Qarakilsədən azərbaycanlılar deportasiya olunsa da, Şıxlar kənd camaatını köçürə bilməmişlər. Buna səbəb kənd sakinlərinin yekdilliyi, birliyi və cəsurluğu olmuşdur. Dəfələrlə ermənilər kəndə silahlı basqın etsə də, heç nəyə nail ola bilməmişlər. Fəxrəddin müəllim o yerlərdə ermənilərə aid heç bir məkan adı olmadığını bildirərək dedi ki, Şıxlar kəndi dağlıq relyefə, füsunkar gözəlliyə, buz bulaqlara malik, səfalı bir yerdir. Kənd ərazisində Soyuqbulaq, Turşsu, Çeşmə bulağı, Göl yazı yaylağı, Kom söyüd yaylağı, Ərəfsə dərəsi və başqa görməli məkanları yay aylarında hamı ziyarət edirdi. Ermənilər Şıxlar kəndinin adını dəyişərək Toronik qoymuşdular.
1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız, o cümlədən