Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə və Qərbi azərbaycanlıların 1988-ci ilə qədər yaşadıqları digər ərazilərin adları Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən sənədlər, şəkillər və rəsm əsərləri var.
Qərbi Azərbaycan ərazilərində 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra İrəvanda məskunlaşdırılan ermənilər azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Qərbi Azərbaycan torpaqlarında yaradılmasına "bəraət" qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Cənubi Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni vandalları 1905-1907-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı açıq şəkildə qanlı aksiyalar həyata keçirdilər. Bakıdan başlanan vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan olundu, minlərlə azərbaycanlı amansızlıqla qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni daşnakları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin yaz aylarında ermənilər İrəvanda, Zəngəzurda, Amasiyada, Dərələyəzdə, Pəmbək mahalında, Zəngibasarda, Göyçə mahalında azərbaycanlılara qarşı bir sıra vəhşiliklər törətdilər, qırğınların sayı-hesabı olmadı. Qərbi azərbaycanlıların bir hissəsi erməni zülmündən qurtulub Türkiyəyə, İrana, Gürcüstana və digər ərazilərə üz tutdular. Bu deportasiyanı ermənilər planlı qaydada həyata keçirdi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən haylar 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə Qərbi Azərbaycandakı soydaşlarımızın deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail oldular. Bu xəyanət toru İ.Stalin, Molotov və Azərbaycanın ovaxtkı rəhbərləri tərəfindən hazırlandı. Xalqı düşünən, xalqa arxa duran olmadı. Sovet dövründə - 1969-cu ilə qədər erməni daşnakları dəfələrlə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar sovet hökumətinə müraciət etmişlər. Ancaq ulu öndər Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməmişdir. Ondan sonra Heydər Əliyevin sovet hakimiyyətində fəaliyyəti dövrü başlamışdır. O vaxt da, əlbəttə ki, ermənilərin təxribat etməsi üçün heç bir imkanları olmamışdır. 1987-ci ilin noyabrında ümummilli lider Heydər Əliyev vəzifədən gedəndən iki həftə sonra bu məsələ yenidən qaldırıldı və demək olar ki, o vaxtdan azərbaycanlılara qarşı növbəti soyqırımı prosesinə başlanıldı. Qərbi azərbaycanlılar ermənilərin təzyiqləri ilə üzləşdi, bu ədalətsizliyə isə Moskva susdu.
1988-ci ildə 300 mindən çox soydaşımız Qərbi Azərbaycandan işgəncə və zülmlə qovuldu. Uydurma Qarabağ problemini ortaya atan erməni şovinistləri soydaşlarımızı qətlə yetirdi, şikəst etdi, körpə uşaqları su borularına