Azərbaycanın maddi-mənəvi irsinə qarşı terror aktlarını davam etdirən Ermənistan, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımıza məxsus tarixi abidələri məhv etməklə həmin əraziləri süni şəkildə erməniləşdirmək siyasəti həyata keçirir.
Sistematik olaraq aparılan vandalizm aktları nəticəsində indiki Ermənistan ərazisində vaxtilə bu yerlərdə yaşamış xalqımıza məxsus tarixi abidələr, məktəblər, məscidlər, mədəniyyət mərkəzləri, uşaq bağçaları, qəbiristanlıqlar, səhiyyə ocaqları dağıdılmışdır. Bununla paralel çayların, göllərin, yaşayış məskənlərinin adı da erməni toponiminə uyğun olaraq dəyişdirilmişdir. Məsələ ilə bağlı hər zaman aidiyyəti beynəlxalq qurumlara müraciətlər olunsa da, hər hansı bir səmərəli addım atılmamışdı. Bir zamanlar soydaşlarımızın yaşayıb yaratdığı İrəvan şəhərində azərbaycanlılara məxsus Təpəbaşı məhəlləsinin hissə-hissə dağıdılması onu birdəfəlik yer üzündən silinmə təhlükəsilə üz-üzə qoyub. Bununla əlaqədar olaraq mayın 20-də Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleye məktub ünvanlamışdı. QAİ-nin etdiyi müraciətin BMT-nin rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycanda məhv olmaq təhlükəsilə qarşı-qarşıya qalan mədəni irsimizlə bağlı məsələnin gündəliyə gətirilməsində mühüm rol oynayan bir addımdır. İyunun 5-də QAİ-nin müraciətinə cavab olaraq UNESCO indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin qorunması məsələsinin təşkilatın mandatına daxil olduğunu təsdiqləyib. Beləliklə, İcma və UNESCO arasında dialoqun başlaması nəticəsində bir neçə məsələ qaldırılıb. İcma Təpəbaşı məhəlləsinin ermənilər tərəfindən dağıdılması ilə əlaqədar olaraq Ermənistana faktaraşdırıcı missiya göndərilməsini bir daha xahiş edib. Onu da qeyd etmək lazımdır ki, belə halların qarşısı vaxtında alınmasa hazırda mövcud olan azsaylı mədəni irsimiz tamamilə məhv olacaqdır.
Xüsusilə vurğulamaq lazımdır ki, Cənubi Qafqaza gəldikləri andan etibarən qurub-yaratmaq deyil, talan və işğalçılıqla məşğul olan ermənilər nəinki indiki Ermənistan ərazisində, hətta 30 ilə yaxın bir müddətdə Azərbaycanın 20 faiz ərazisini işğal altında saxladığı dönəmlərdə də vandalizm aktları həyata keçiriblər. Məscidlərimizin əksəriyyəti dağıdılaraq yararsız hala salınmış və ya tamamilə məhv edilmişdi. 90-cı illərdən işğal prosesi başladığı vaxtdan həmvətənlilərimizin dədə-baba yurdlarında qurub-yaratdıqları hər nə varsa talan edərək Ermənistana daşımaqla demək olar ki, Qarabağ və Şərqi Zəngəzur ərazilərində daşı daş üstə qoymayıblar. Heç bir dinə hörmət qoymayan ermənilərin məscidlərə qarşı belə amansız olması onların islamofob düşüncəsinin təfəkkürüdür. Anti-Azərbaycan, anti-türk şüuru ilə yaşayan və bunu əməldə də tətbiq edən Ermənistan hakimiyyətinin gələcəkdə işğal altında saxladıqları əraziləri erməniləşdirmək üçün bu addımları atması da gözlənilən məsələ idi. Lakin 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər bütün bu hallara birdəfəlik son qoydu. Beynəlxalq təşkilatların həllində aciz qaldığı məsələni təkbaşına həll edən Azərbaycan dövləti və xalqı işğala son qoymaqla yenidən bu ərazilərə həyat bəxş edib. 30 ildən sonra geri qayıtdığımız torpaqlar qısa zamanda məcburi köçkünlərin müəyyən bir hissəsinin ixtiyarına da verilib.
Təəssüflər olsun ki, Qərbi Azərbaycan torpaqlarında bu problemlər hələ də yaşanmaqdadı. XX əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində yaradılan monoetnik Ermənistan dövlətinin dağıdıcılıq fəaliyyəti səbəbindən azərbaycanlılara dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib və yaxud da saxlanılan məscidlər isə farslaşdırılıb. İrəvan şəhərində yerləşən Göy məscidin fars məscidi adlandırılması tarixi ədalətlə heç bir bağlılıq təşkil etmir. Min illiklər boyu İrəvanda yaşayan soydaşlarımızdan fərqli olaraq bu şəhərdə çox az sayda fars yaşayıb. Təxmini sayları yüzü keçməyən bir etnik toplumun adına məscidin salınması da reallıqla uyğunlaşmır. Sadəcə qeyd olunduğu kimi, fürsətdən istifadə edib bu ərazilərdə azərbaycanlılara məxsus bütün hər nə varsa silib atmaq qarşılarına məqsəd olaraq qoyulub. Azərbaycanlı tarixi tədqiqatçılar da bu istiqamətdə öz üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirirlər. 2022-ci il iyulun 5-də