Qərb üçün
Siyasət

Qərb üçün "meydança" - Hayastan

Hazırda Qərbin Ermənistana yönəlik planlarının icrası kontekstində Rusiya ilə Ermənistan arasında münasibətlər də pisləşib. Baxmayaraq ki, İrəvan bu addımları düşünülmüş şəkildə atır və qəsdən Qərbi regiona dəvət edir.

Rusiya bunu Ermənistanın siyasi hakimiyyətinə təsir kimi qiymətləndirir və Ukrayna ilə yanaşı, Ermənistan mövzusunu da paralel şəkildə dilə gətirir və Qərbi Cənubi Qafqaz xülyasından daşınmağa çağırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu ziddiyyətlər, mübahisələr və region uğrunda gedən, hazırda siyasi sahədə olan savaşlar əlbəttə ki, ciddi siyasi, diplomatik geopolitik böhrana səbəb ola bilər. Ermənistan təəssüflər olsun ki, bunu anlamır və güclü geosiyasi aktorlar arasında seçim etməklə, geopolitik vektoru dəyişməklə regionu da təhlükə burulğanına atır.

Əlbəttə, bunun çox acı nəticələrini Ermənistanın siyasi rəhbərliyi tezliklə görəcək. Düşünürəm ki, qarşıdakı dönəmdə Cənubi Qafqaz uğrunda Rusiya və Qərbin mübarizəsinin əsas "meydança"sı Hayastan olacaq.

İlyas HÜSEYNOV,

politoloq.