“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirildi
Digər xəbərlər

“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Xidməti müəssisələrin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində işləri davam etdirir.

“Respublika” xəbər verir ki, dövlət müəssisələrinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi isə sərmayələrin cəlb edilməsi, müasir texnologiyalara əsaslanan istehsalın qurulması və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması baxımından əlverişli mexanizmdir.

İqtisadi inkişafa töhfə verə biləcək daha bir müəssisənin – “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Bu ilin 23 iyun tarixində müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləriaçılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Glass Vay” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.

2 avqust 2023-cü il tarixində müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir.

Nəriman   Cavadov,

“Respublika”