Təbiətin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini, adət-ənənələrini özündə yaşadan Qarabağ Azərbaycanın qədim diyarıdır. Bura, həmçinin özünəməxsus işləmələri ilə seçilən xalçaları, atları, Avropaya və digər ölkələrə ixrac olunan ipəyi, zərgərlik nümunələri, müalicəvi suları ilə də regiondakı başqa ərazilərdən fərqlənir.
Doğma dilimizdə "böyük bağ", "qara bağ" mənasını verən bu füsunkar bölgənin paytaxtı tarixən Pənahabad adlanan Şuşa şəhəri olmuşdur. E.ə ikinci minilliyin ikinci yarısı - birinci minillikdə Xocalı-Gədəbəy mədəniyyətinə aid olan bu şəhər tarixi yaşayış məskənlərindən hesab edilir. Şəhərətrafı yaşayış yerləri, o cümlədən Cıdır düzündəki Şuşa mağarası ərazinin qədim insan düşərgələrindən biri olduğunun göstəricisidir. Aparılan arxeoloji qazıntılar nəticəsində burada paleolit dövrünə aid daş alətlər tapılmışdır. Bütün bunlar Şuşanın tarixən Midiya, Qafqaz Albaniyası və Qarabağ xanlığının tərkib hissəsi olduğunu təsdiqləmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Şuşa şəhəri Qarabağ xanlığının hərbi-strateji, iqtisadi, siyasi, mədəni mərkəzi idi. Azərbaycan tarixində XVIII əsrin ortalarında mövcud olan müstəqil xanlıqlar dövründə şəhərin əhəmiyyəti daha da artmışdır. Belə ki, Qarabağ xanı öz torpaqlarını düşmənlərdən qorumaq üçün strateji müdafiə qurğularının tikintisinə göstəriş vermiş, 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası tikilmişdir. Bununla yanaşı, müharibə davam etdiyi müddətdə daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş Şuşa qalası (əvvəllər Pənahabad adlanırdı) da məhz Pənahəli xanın əmri ilə inşa olunmuşdur.
Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizə rəhbərliyi dövründə Şuşaya çox böyük diqqət və qayğı göstərmiş, Qarabağda milli ruhun dirçəlməsi istiqamətində mühüm işlər görmüşdür. Ulu öndər, həmçinin Şuşaya zəngin tarixi abidə, xalqımızın qəhrəmanlıq rəmzi kimi baxırdı. 1970-ci illərin ikinci yarısında ümummilli liderin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişafı istiqamətində qəbul edilmiş qərarlar da bunun təcəssümüdür. Bu qərarlara əsasən Şuşanın qədim binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikilmişdir. Məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Şuşa həmçinin ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdir.
XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı nəticəsində Ermənistan ölkəmizə qarşı açıq işğalçılıq siyasəti yürütməyə başlamış, 1992-ci ilin əvvəllərindən Qarabağ və ətraf əraziləri işğal etmişdir. 1992-ci il mayın 8-də isə düşmən dövlətimizin qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirmiş, beləliklə bütün yuxarı Qarabağın işğalına nail olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə 195 nəfər şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə itkin düşmüşdür. Şübhəsiz, Ermənistanın xalqımıza, dövlətimizə qarşı etdiyi bu vəhşiliklər, haqsızlıqlar cavabsız qalmadı. Düz 28 il sonra - 2020-ci il noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşa şəhəri işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu möhtəşəm xəbəri Şəhidlər Xiyabanından xalqa bildirdi.
Şuşa döyüşləri ordumuzun 44 günlük Vətən müharibəsindəki ən uğurlu əməliyyatlarındandır. Döyüşlər zamanı 70-dən çox kənd düşmən tapdağından xilas olmuş, 2020-ci il noyabrın 10-da isə Ermənistanın baş naziri kapitulyasiya aktı imzalamışdır.
Hazırda Şuşada bərpa işləri sürətlə davam edir. Zəfər yolunun çəkilməsi, şəhərin elektrik təsərrüfatının bərpası, yarımstansiyanın tikilməsi, həmçinin Şuşaya suyun verilməsi reallığı da ölkə başçımızın Qarabağa olan diqqət və qayğısının təzahürüdür. Şuşada görülən ən vacib işlərdən biri tarixi abidələrimizin bərpasıdır. Ölkə başçımızın göstərişi ilə M.P.Vaqifin məqbərəsi, büstü, Natəvan bulağı və Şuşadakı məscidlər bərpa edilmişdir. Həmin məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə evsahibliyi