Qarabağ “yaşıl enerji” zonasına çevrilir
İQTİSADİYYAT

Qarabağ “yaşıl enerji” zonasına çevrilir

Azərbaycan bununla Paris İqlim Sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə mühüm töhfələr verəcək

"Bizim Qarabağ Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlilimiz aparılıb. Beləliklə, günəş külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta kiçik həcmli su elektrik stansiyası tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır".

2022-ci il noyabrın 25- Bakıda keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi bu fikirlər Qarabağda "yaşıl enerji" zonasının yaradılmasının təsdiqidir.

Statistika onu göstərir ki, dünyada hasil edilən elektrik enerjisinin 75 faizi İstilik Elektrik Stansiyalarının (İES), 16 faizi isə Atom Elektrik Stansiyalarının (AES) payına düşür. Azərbaycanda isə istehsal olunan elektrik enerjisinin 90 faizini İES təmin edir. Respublikamızın hazırda elektrik tələbatını əsasən 13 İES SES ödəyir. MAQATE-nin 2005-ci ildə hazırladığı hesabata görə, dünyanın 31 ölkəsində hazırda 440 AES var. 2030-cu ilədək dünyada AES-lərin sayının 60 faiz artırılaraq 700-ə çatdırılacağı bildirilir.

İES-lərin belə üstünlük təşkil etməsi ilk növbədə, dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olması, onun asanlıqla İES-lərə ötürülməsi onların tələbatçılara yaxın yerlərdə tikilməsi, həm istilik, həm enerji ilə təmin etməsi ilə bağlıdır. Amma onların ekologiyaya vurduğu zərər bu gün insanları düşünməyə sövq edir. Məhz bu baxımdan, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 5- imzaladığı "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam böyük əhəmiyyətə malikdir.

Dünyada "yaşıl enerji" kimi tanınan bu təcrübə geniş yayılıb təbii göstəricilərə əsasən, Azərbaycanda Bakı şəhəri Abşeron yarımadasında, o cümlədən azad olunmuş ərazilərdə külək günəş enerjisi potensialı böyükdür. Ölkəmizin dilbər guşəsi Qarabağda "yaşıl enerji" layihələrinin geniş miqyasda tətbiq edilməsi ərazinin yaşıl zonaya çevrilməsi planlaşdırılır. Dövlət başçısı qeyd edib ki, "yaşıl enerji" konsepsiyası Azərbaycanı irəliyə aparan yoldur. "Bu, bizim ölkəyə xüsusən azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər "yaşıl enerji zonası" təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda biz orada "ağıllı şəhər", hətta "ağıllı kənd" adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq".

2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji" Zonasının yaradılmasına dair strateji baxış irəli sürmüş bunun üçün həmin ərazilərdə kifayət qədər bərpaolunan enerji potensialının olduğunu bildirmişdi.

"Yaşıl Enerji" Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi s. tədbirlər nəzərdə tutulur. Bəs, alternativ enerji mənbələrinin Azərbaycan üçün faydaları nədir? Burada bir neçə istiqamət var. İlk öncə, enerji təhlükəsizliyi baxımından ilkin enerji istehlakının şaxələndirilməsi vacibdir. İlkin enerji istehlakı qədər çox şaxələndirilsə, karbohidrogen yanacaqlarından asılılıq bir o qədər azalacaq. Beləliklə, alternativ enerjinin istehsalı artırılmaqla daxildə təbii qazın sərfiyyatı azaldıla bilər. Qənaət edilən təbii