Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra qarşıda duran ən ali vəzifə azad olunan ərazilərin qısa zamanda bərpa və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə misli görünməmiş işlər uğurla həyata keçirilir. Azad edilmiş ərazilərdə müharibədən dərhal sonra abadlıq işlərinə başlanılıb və hazırda proses sürətlə davam etdirilir.
Prezident İlham Əliyev müharibə bitən kimi bölgələrə mütəmadi səfərlər etməklə bir çox layihələrin həyata keçirilməsinə göstəriş verdi. Hər səfər yeni infrastruktur layihələrin icrasına başlanması, təməlqoyma mərasimlərinin keçirilməsi, şəhərlərin baş planlarının təsdiq olunması ilə müşahidə olunur. Bunların hər biri onu göstərir ki, Azərbaycan dövləti, Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə göstərdiyi qətiyyəti bərpa-quruculuq işlərində də nümayiş etdirir.
Hazırda davam edən proses cənab Prezidentin daim nəzarətindədir. Çətin coğrafi relyefə baxmayaraq, "Azərenerji" və "Azərişıq" tərəfindən ərazilərimizin elektrikləşdirilməsi istiqamətində layihələr icra olunur. Yeni yarımstansiyalar, rəqəmsal stansiyalar tikilir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr - yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın da diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün etibarlı bünövrə yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşadan xalqa müraciətində demişdir: "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik".
Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı"nda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, hədəflənən məqsədlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.
Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranə qoyduğu yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, cəmi iki il yarım əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır. İşğaldan azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə istiqamətləndirir. Sözsüz ki, Prezidentimizin dönməz iradəsi bu prosesi də uğurla başa çatdırmağa imkan verəcək.
Uğurlar sevindirici, hədəflər isə irimiqyaslıdır. Böyük perspektivlər və geniş imkanlar Az