Qarabağ və Şərqi Zəngəzur: İşğaldan azad edilən ərazilərdə əkinçilik və heyvandarlıq bərpa edilir
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzur: İşğaldan azad edilən ərazilərdə əkinçilik və heyvandarlıq bərpa edilir

İşğaldan azad edilən ərazilərdə əkinçilik və heyvandarlıq bərpa edilir

Qarabağ Şərqi Zəngəzura təbiətin şah əsəri bahar novruzgülünün, bənövşənin, meşə çiçəklərinin ləçəklərində, ağacların budaqlarındakı tumurcuqlarda, çəmənlərin şehində, dağların zirvəsinə, dərələrə, yamaclara yayılan dumanın bəyazlığında, quşların cəh-cəhində, zirvələrdə süzən qartalların qanadında gəlib. Könüllərə yeni duyğular, insanlara yüksək əhvali-ruhiyyə gətirib. Şəhidlərimizin qanı ilə suvarılmış bu yerlərdəki daş da, torpaq da, yarpaq da, çiçək dil açıb deyir ki, yaz gəldi, xoş gəldi. Düşmən üzərindəki şanlı qələbənin üçüncü baharı da işğaldan azad edilən torpaqlara quruculuq qayıdış təntənəsi gətirib. Düşmənin xarabalığa çevirdiyi şəhərlər, kəndlər yenidən tikilir, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Sevinclə, şükranlıqla, təzə tər arzularla, yaşamaq eşqi ilə, torpaqları laləzara çevirmək həvəsi ilə, minnətdarlıqla qayıdırlar.

İşğaldan azad edilən torpaqlarda yaz tarla işlərinin aparılması, torpağa düşən hər toxum dənəsi, hər əkilən ağac gələcək ümidləri qat-qat artırır, öz sahiblərinə qovuşan torpaqlar, sözün əsl mənasında cana gəlir. İki il yarım bundan əvvəl mərmilərin partladığı, qanlı döyüşlərin getdiyi torpaqlarda indi traktorların səsi eşidilir, minalardan təmizlənən torpaqlar şumlanır, arata qoyulur, malalanır min bir həvəslə toxum səpilir.

Fərəh qürur hissi ilə qeyd edək ki, ötən 19 il ərzində cənab Prezident İlham Əliyevin siyasətinin əsasını torpaqlarımızın işğalçılardan azad edilməsi, iqtisadi inkişaf, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, yeni texnologiyaların tətbiq edilməsi, etibarlı tərəfdaşlıq, sabitlik, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, gənclər arasında vətənpərvərliyin geniş təbliğ edilməsi, bir sözlə Azərbaycanın dayanıqlı inkişafı təşkil edib. Dünya tarixində müharibədən çıxmış ölkənin dərhal azad edilən ərazilərdə quruculuq işlərinə başlaması nadir hadisədir. Düşmənlərin törətdikləri bütün bu dağıntılara, şəhər kəndlərin yer üzündən silinməsinə, müharibə yaralarının ağırlığına, düşmənin qəddar vəhşiliklərinə, torpaqlarımızın minalarla çirkləndirilməsinə baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə, güclü inam gələcəyə nikbin baxışlarla bildirdi ki, Qarabağ Şərqi Zəngəzur dünyanın ən çiçəklənən dinc bölgəsinə çevrilməlidir! Bu istiqamətdə çox böyük işlərə başlanılıb, tikinti-quruculuq işləri sürətlə keyfiyyətlə aparılır. Qarabağda Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələrin təməlqoyma mərasimləri, istifadəyə hazır olan obyektlərin açılış mərasimləri keçirilir, bir vaxtlar silahların səsi dolaşan, işğalçıların ayaqları altında inildəyən torpaqlara şərəfli yeni bir həyat qayıdır. Qarabağ Şərqi Zəngəzurda təkcə 2022-ci ildə 80-dən çox layihə icra olunur. Dövlətimizin başçısı Qarabağa Şərqi Zəngəzura 40-dan çox səfər edib, təməlqoyma açılış mərasimlərində iştirak edib. Bölgədə kənd təsərrüfatının yenidən qurulmasına inkişaf etdirilməsinə başlanılıb, aqroparklar, iqtisadi zonalar yaradılır, heyvandarlıq kompleksləri tikilir, aqrar sahəyə aid müvafiq infrastruktur qurulur.

Qeyd edək ki, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələr əlverişli iqlim şəraitinə, suvarma suyunun bol olmasına, münbit torpaqlarına görə kənd təsərrüfatı bitkilərinin, o cümlədən taxılçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərdə minalardan təmizlənən torpaq sahələrində əkinçilik işlərinə başlanılıb, həm bu ərazilərdə ilk növbədə taxıl, xüsusilə buğda səpini aparılır.

Mütəxəssislərin qənaətinə görə, azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi taxıl məhsullarının yetişdirilməsi istiqamətində hədəflər müəyyən edilib. Bu da gələcəkdə ölkəmizin bu sahədə idxaldan asılılığını azaldacaq, ən yaxşı halda isə minimuma endirəcəkdir. Hesablamalara əsasən, düşməndən azad edilən torpaqlarda 155 min hektar ərazi ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq