Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər haqqında qocaman tarixin səhifələrində kifayət qədər tutarlı dəlillər və faktlar var. Həmin faktlara və hadisələrə nəzər salanda bir daha aydın olur ki, Ermənistan terroru, təxribatı, hərbi təcavüzü, qanlı cinayətləri dövlət siyasətinə çevirib. Həyat göstərir ki, erməniyə etibar etmək, onun sözünə inanmaq olmaz, erməni pusquda dayanan təhlükəli düşməndir. Ermənistan terrorçu dövlət, körpə qatili, işğalçıdır, havadarlarına və erməni lobbisinə arxalanaraq illərlə qonşu kimi yaşadıqları Azərbaycana qarşı xəyanət edir.
30 il ərzində işğalda saxladıqları Ağdam, Füzuli, Cəbrayıl şəhərlərini yer üzündən silən, yüzlərlə kəndi xarabalığa çevirən, qatı nifrət ruhunda azərbaycanlıların evlərini, tarixi, mədəni və dini abidələrini dağıdaraq məhv edən, minlərlə dinc azərbaycanlını, qadınları, qocaları, uşaqları qətlə yetirən, Xocalıda soyqırımı törədən, əsir və girovlara dözülməz işgəncələr verən Ermənistan rejiminin tarixi belə qara ləkələrlə doludur. Son hadisələr və törətdikləri xain təxribat onu göstərir ki, Ermənistan iqtidarı İkinci Qarabağ müharibəsində aldıqları ağır zərbələri unudaraq revanşizmə, gərginlik yaratmağa bir daha cəhd edir.
Müdafiə Nazirliyinin operativ məlumatına görə aprelin 11-də saat 16:00 radələrində Laçın istiqamətində təxminən 80 nəfər erməni hərbçi mövqelərimizə yaxınlaşaraq müdafiə mövqeləri və səngər inşa etməyə hazırlaşıb. Silahlı Qüvvələrimizin həmin istiqamətdəki bölmələrinin əsgərləri onlardan geri çəkilməyi tələb edəndə ermənilər qəflətən atəşə başlayıblar. Mövqelərimiz avtomat silahlardan, pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutulub. Döyüş başlayıb və Ermənistan ordusu ilk dəfə olaraq İranda istehsal edilmiş zərbə PUA-larından istifadə edərək mövqelərimizi hədəfə alıb. İlkin məlumatlara görə, düşmənin itkiləri çoxdur. Yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gezalyan da var. Döyüşlər Dığ kəndi ilə yanaşı, Zod kəndi yaxınlığında da baş verib. Ermənistan hərbçilərinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 nəfər hərbi qulluqçusu şəhid olub və yaralılar var.
Ümumiyyətlə, son zamanlar düşmən ölkə təxribatlara ara vermir. Belə ki, Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan bir müddətdir ki, sərsəm bəyanatlar səsləndirir və Azərbaycanı ittiham etməyə çalışırlar. Ardınca isə Xankəndidəki erməni xunta rejimi dərhal fəallaşır, "Artsax"ın mübarizəsindən dəm vurur, "blokada"dan şikayətlənir. Şübhəsiz ki, bu cəhdlər Ermənistan iqtidarının müstəqil olmadığının və başqaları tərəfindən idarə edildiyinin göstəricisidir. Faktiki olaraq sülh gündəliyindən yayınan məhz rəsmi İrəvandır. Əslində, erməni tərəfinin son açıqlamaları yeni təxribatların və insidentlərin olacağına işarə idi. Azərbaycanlı analitiklərin qənaəti belədir ki, Ermənistan vəziyyəti ağırlaşdırmaq, özlərini "hücuma məruz qalmış tərəf" qismində göstərməyə çalışmaqla yekun sülh müqaviləsinin imzalanması prosesini mümkün qədər ləngitmək, danışıqlarda fasilə yaradaraq Qərblə yeni sövdələşməyə başlamaq fikrindədir. Görünən odur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra əsas vasitəçi və danışıqların moderatoruna çevrilmək istəyən Rusiya Federasiyası sonradan mövqelərini əhəmiyyətli dərəcədə zəiflətsə də, Ermənistanın onu danışıqlardan mümkün qədər uzaqlaşdırmaq cəhdləri daha çox hiss olunur. Ermənilər bölgədəki gərginliyə Fransanı, İranı və Avropa İttifaqını cəlb etmək üçün bütün qüvvələrini səfərbər ediblər. Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdikləri təxribat Paşinyan hökumətinin reallığı qəbul etmədiyini və hələ də xülyalardan ayılmadığını göstərir. Əgər şərti sərhəddə hərbi əməliyyatlar intensiv xarakter alsa, sözsüz ki, Ermənistanı quyunun dibinə salan cəhənnəm gözləyir. Əslində, Rusiya ilə qardaşlığa erməni həyasızlığı ilə tüpürən Paşinyan iqtidarını dingildədən Avropa İttifaqının Ermənistana yolladığı "müşahidə-monitorinq missiyası"dır. Haqlı sual yaranır, bəs Ermənistanın 30 illik işğalı zamanı həmin Avropa İttifaqı harada idi?! Əcnəbi və yerli siyasi şərhçilərin fikrinə görə