Publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas alim - Həsən bəy Zərdabi
Tarixi şəxsiyyətlər

Publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas alim - Həsən bəy Zərdabi

Həsən bəy Zərdabi 1837-ci il iyun ayının 28- Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Siyasi-ictimai təlatümlər dövründə böyüyən Zərdabi kiçik yaşlarından ədəbiyyata, publisistikaya böyük maraq göstərmiş, ibtidai təhsilini başa vurduqdan sonra Tbilisi Moskva şəhərlərində ali təhsil almışdır. Moskva Dövlət Universitetini bitirdikdən sonra Tiflisdə torpaq idarəsində, sonralar Quba məhkəməsində işləmişdir. 1869-cu ildə isə onun həyatında yeni dövr-maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır, Bakıdakı məktəblərin birində təbiət elmləri üzrə müəllim kimi işə düzəlir.

Həsən bəy Zərdabi Bakı Realnı gimnaziyasında müəllim işlədiyi vaxtlarda burada təhsil alan kasıb, kimsəsiz uşaqların acınacaqlı həyatını görür, onların bu halına ürəkdən acıyırdı. Bu səbədən kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca xəstələrə kömək etmək, təhsil almağa imkanı olmayan uşaqlara əl tutub, onların oxumasına yardım etmək kimi humanist ideyalara xidmət edən xeyriyyə cəmiyyəti yaratmaq qərarına gəlir. "Həyat" qəzetinin 1905-ci il 25 noyabr tarixli 107-ci sayında çap etdirdiyi "Cəmiyyəti xeyriyyə binası" adlı məqaləsində Həsən bəy Zərdabi yazırdı: "1871-ci ildə mən bizim müsəlmanlar üçün bir cəmiyyəti xeyriyyə nizamnaməsi tərtib edib bir neçə qeyri adamlara da onun ərizəsinə qol çəkdirib, sərdara verib təsdiq elətdirdim". Zərdabinin Azərbaycan rus dillərində yazdığı 46 maddədən ibarət nizamnamə hökumət tərəfindən təsdiq olunur, lakin böyük mütəfəkkirin bu təşəbbüsünə heç kim qoşulmur. O, camaata xeyriyyə cəmiyyətinin xalqa kömək məqsədilə yaradıldığı barədə ətraflı məlumat versə , heç bir nəticə hasil olmur. Bakı milyonerlərindən cəmiyyətin açılmasına bir fayda olmayacağını yəqin edən Zərdabi tələbələri Nəcəf bəy Vəzirov Əsgər ağa Adıgözəlov ilə birlikdə Zaqafqaziyanın müsəlman əhalisinin məskunlaşdığı şəhərlərə səfərə çıxır, Şamaxıya, Gəncəyə, Tiflisə, İrəvana, Naxçıvana, Şuşaya, Quba Dərbəndə qədər gedərək Cəmiyyətin yaradılması üçün vəsait toplamağa çalışır. Min bir əzab-əziyyətlə bu səfərlərdən əliboş qayıdan Həsən bəy XX əsrin əvvəllərində yenidən "Bakı-Müsəlman Xeyriyyə Cəmiyyəti" yaratmaq fikrinə düşür 6 bölmədən, 42 bənddən ibarət nizamnamədə cəmiyyətin 21 nəfər təsisçisinin adları da qeyd olunur. Beləliklə, Azərbaycanda ilk müsəlman xeyriyyə cəmiyyəti yaradılır cəmiyyətin maliyyəşməsinin əsas hissəsini H.Z.Tağıyev öz üzərinə götürür. Cəmiyyətin nizamnaməsinin birinci bəndində qeyd edilirdi: "Müalicəxanalarda, əlillər evlərində, digər xeyriyyə müəssisələrində əldən düşmüş qocaları saxlamaq, habelə kasıb müsəlman uşaqlarının orta ali tədris müəssisələrinə daxil olub, təhsillərinin başa vurulmasına maddi yardım göstərmək".

Həsən bəy Zərdabi 1906- ildə Nəriman Nərimanovla birlikdə müəllimlərin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmiş, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə isə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. O, həm peşəkar teatr yaradıcılarındandır. Həsən bəyin rəhbərliyi dramaturqlardan Nəcəf bəy Vəzirov Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873- ildə M.F.Axundovun "Hacı Qara" "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.

Xalqının xoşbəxtliyini tərəqqisini yalnız elmdə görən Həsən bəy Zərdabi elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət verir, sadə, zəhmətkeş kütlənin maariflənməsi üçün yollar axtarırdı. Xeyriyyə Cəmiyyəti, teatr müəllimlik yolu ilə xalqın maariflənməsinə çalışan Zərdabi bunun üçün ən gözəl vasitənin dövri mətbuatın olduğunu dərk edərək ana dilində qəzet çap etmək üçün hökumətə müraciət edir. O, "Rusiyada əvvəlimçi türk qəzeti" adlı məqaləsində yazırdı: "Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığında, teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq <