Prezident İlham Əliyev Ağsuda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
11:23:05 13.08.2022 474
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.