Parlaq gələcəyimizi təmin edən igidlər
Sosial həyat

Parlaq gələcəyimizi təmin edən igidlər

Ordumuzun baş leytenantı Vüsal Kazımov 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə, Xocavənd rayonunun Şuşa şəhərinin azad edilməsində böyük şücaət, fədakarlıq hünər göstərib. Şuşa şəhərində döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Doğulub boya-başa çatdığı Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində böyük izdihamla torpağa tapşırılıb.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə vicdanla yerinə yetirən baş leytenant Vüsal Kamran oğlu Kazımov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3- dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "İgidliyə görə" medalları ilə təltif olunub.

Qəhrəman zabitin xatirəsi şərəfinə doğma Yuxarı Nüvədi kəndində park salınıb. Şəhidin adını daşıyan parkda "Parlaq gələcəyimizi təmin edən igidlər" adlı tədbir keçirilib.

Tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib. Vətən yolunda canlarını fəda etmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət qayğısı nəticəsində uşaqların sağlam firavan böyüməsi, şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması problemlərinin həlli istiqamətində davamlı tədbirlər, çoxlu layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir onların müdafiəsinə qoşulmaq borcumuzdur.

 Tədbirdə məktəblilərin ifasında şəhidlər haqqında vətənpərvərlik mövzusunda şeirlər, musiqi nömrələri səslənib. Bayram ovqatı ilə keçən tədbirdə uşaqlar rəqs edərək şənləniblər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".