Öz odunda yanan Ermənistan
Digər xəbərlər

Öz odunda yanan Ermənistan

Millətin, dövlətin ən böyük təsdiq formalarından biri onun Bayrağıdır. Bu mənada, üçrəngli bayrağımız bizim üçün müqəddəs olduğu qədər ucadır.

Bu gün Azərbaycan bayrağı ən uca zirvələrdəyüksəkliklərdə dalğalanır. 44 günlük Vətən müharibəsində bayrağımız azad torpaqlara, yüksəkliklərə sancıldı. Əzəli, əbədi yurd yerlərimizə qovuşdurdu bizi. Torpaq, Vətən uğrunda döyüşən hər bir Azərbaycan oğlu bayrağımıza büründü. İşğaldan azad etdiyi hər nöqtədəərazidə ilkin olaraq Azərbaycan bayrağını sancdı. Köksündəürəyinin üstə gəzdirdi müqəddəs bayrağını. Şəhid oldu, şəhid olanda da üçrəngli bayrağına büküldü. Onun uğrunda neçə canlar qurban getdi. Vətən oldu bayrağımız. Vətənləşdi, bütövləşdimüqəddəsləşdi düşmənə gözdağı oldu.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması Ermənistanın  qədər cılız, aciz dövlət olduğunun sübutudur. Bu ölkə bütün dövrlərdə özünü qədər sülh asayiş keşikçisi kimi təqdim etməyə çalışsa da, yenə daxili xisləti özünü büruzə verdi. Beynəlxalq idman  yarışında belə öz hirsini, hikkəsini bütün dünyaya göstərdi. İdman yarışlarında xalqlar, millətlər onları təmsil edən idmançılar öz güclərini yarış meydanında göstərir, təsdiq edirlər. Bu meydan döyüş meydanı deyil. Təəssüflər olsun ki, Ermənistan bu dəfə özünə nəzarəti itirdi. Bəlkə   bu yarışı bir fürsət bilib, Azərbaycan bayrağını yandırmaqla bizə olan etirazını dünyaya çatdırmaq istədi. Ancaq əslində, Ermənistan Azərbaycan bayrağını deyil, özünü yandırmış oldu. Dar düşüncənin kasad təxəyyülün məhsulu olan bu davranış erməninin erməniliyini göstərdi. Ermənistan Azərbaycan bayrağını yandırmaqla özünün qədər qorxaq, aciz olduğunu bir daha nümayiş etdirdi. Ermənilər bilirdilər ki, yarışda iştirak edən Azərbaycan idmançıları qələbə qazanacaqlar. kürsünün ən hündür yerindən Azərbaycan himnini səsləndirib, ay-ulduzlu bayrağımızı ucaldacaqlar. Erməniləri illərdən sonra İrəvanda ucalacaq Azərbaycan bayrağının ucalığı, əzəməti qorxutdu.

Ermənistan çox yaxşı başa düşür ki, bir gün gələcək Azərbaycan bayrağı qədim yurd yerlərimiz - xanlar yurdu, xaqanlar torpağı olan İrəvanda dalğalanacaq. Gec, tez bu olacaq. Bu səbəbdən , canlarına düşən qorxu odunda bayrağımızı yandırdılar. Hadisələrin başvermə istiqaməti onu da bəlli edir ki, son dövrlər Ermənistan bütün planlarının pozulduğunu gördükcə hisslərinə hakim ola bilmir. Artıq Azərbaycanın regionda söz sahibi olması bölgəyə nəzarəti eməniləri narahat edir. Bu mənada, onlar öz aqressiyalarını bayraq yandırmaqla bildirirlər.

Bayrağımıza  qarşı törədilən vandalizm aktının real səbəbləri Ermənistanın Azərbaycanın artan nüfuzunu söz sahibi olmasını qəbul edə bilməməsidir. Artıq dünya, vaxtilə Ermənistanı öz kölgəsində saxlayan Rusiya onlara güvənmir. Dünyada Ermənistana qarşı bir inamsızlıq formalaşmağa başlayıb.

İstənilən ölkə keçirdiyi beynəlxalq idman yarışlarına evsahibliyi etməklə yanaşı, həm dəvət etdiyi ölkələrə, onun idmançılarına qarşı qayğı hörmətlə yanaşmalıdır. Hələ "Bakı-2015" I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan erməni əsilli idmançı Qevorq Manukyanın mükafatlandırma zamanı azarkeşlər tərəfindən fitə basmasına Prezident İlham Əliyevin bir jesti hamının yadındadır. Dövlət başçısının bir işarəsi ilə azarkeşlərin fiti alqışlarla əvəz olunduBəli, əsl göstərici xalqın öz rəhbərinə inamı budur. Bu yarışda dünya Prezident İlham Əliyevin ölkəsində olan idmançıya milliyyətindən, kimliyindən asılı olmayaraq verdiyi dəyərin şahidi oldu. Eyni zamandaxalqın öz rəhbərinə olan inamını gördü. Yaxşı olar ki, Ermənistan hər hansı beynəlxalq yarışlara evsahibliyi etdiyi zaman Azərbaycan təcrübəsindən yararlansın.    

Azərbaycan bayrağının yandırıldığı Ağır atletika üzrə Avropa çempionatının keçirildiyi zalda Ermənistanın baş naziri Paşinyan da iştirak edirdi. Dizayner Aram Nikolyanın bayraq yandırmasını sadəcə küt baxışlarla seyr edən Paşinyanın hərəkətsizliyi isə hamının