Orta Dəhliz: XXI əsrin meqalayihəsi
Siyasət

Orta Dəhliz: XXI əsrin meqalayihəsi

Çin-Qazaxıstan sərhədindən başlayaraq Mərkəzi Asiya ölkələri Xəzər dənizi üzərindən, eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan Orta Dəhliz Çin ilə Avropanı birləşdirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu istiqamətdə yerləşən ölkələrin ixrac enerji əlaqələrinin genişləndirilməsində böyük perspektivlər vəd edir. Belə ki, dəhliz üzrə hərəkət edən qatarlar vasitəsilə yüklər təxminən 20-25 günə Çindən Avropaya çatdırılır ki, bu da Orta dəhlizin ən önəmli amilidir. Rusiya-Ukrayna müharibəsi Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaranmasına bununla da Avropa ilə Asiyanı birləşdirən şimal dəhlizinin əhəmiyyətini itirməsinə, paralel olaraq Orta Dəhlizə olan marağın artmasına səbəb olub. Bu isə Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Çindən Avropanın hər tərəfinə uzanan geniş nəqliyyat logistika şəbəkəsi dəhlizdəki ölkələrin milli gəlirlərini artıracaq uzunmüddətli perspektivdə qlobal ərzaq enerji təhlükəsizliyi baxımından mühüm rol oynayacaq.

Qazaxıstan hökuməti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca ölkənin logistik potensialını genişləndirmək istiqamətində mühüm addımlar atır. Belə ki, Manğistau vilayətində 2017-ci ildə istifadəyə verilən, Xəzər dənizinin şərq sahilində yerləşən liman Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə daha sonra Avropa ölkələrinə gedən Orta Dəhlizin inkişafında əsas rol oynayır. Dəhlizin inkişafı məsələsi Qazaxıstan, Gürcüstan, Azərbaycan Türkiyənin xarici işlər nəqliyyat nazirlərinin 2022-ci ilin iyun noyabr aylarında Bakıda Aktau şəhərlərində keçirilmiş iclasların gündəliyində əsas mövzu olub.

Ötən ilin avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ilk rəsmi səfərindən sonra ölkə başçımız İlham Əliyev aprel ayının 10-da Qazaxıstana birgünlük səfər edib. Görüş çərçivəsində iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə sənədlərin imzalanması ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstandan Azərbaycan üzərindən Avropaya enerji tranziti ilə bağlı məsələlər müzakirə edilib. Qazaxıstan Prezidenti mətbuata bəyanatında Orta Dəhlizin potensialından tam yararlanmaq məqsədilə ölkəsində logistik xidmətlərin təkmilləşdirilməsinin, vahid nəqliyyat operatorlarının yaradılmasının, texniki tarif şərtlərinin modernləşdirilməsinin, inzibati maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Qazaxıstan bu marşrut üzərində yerləşən ölkələr, o cümlədən Mərkəzi Asiya dövlətləri Türkiyə ilə koordinasiyada Orta Dəhlizin optimallaşdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirirlər. Bu tədbirlər yalnız Avropa ilə Asiya arasında tranzit daşımaların həcmini artırmaq deyil, həmçinin, Orta dəhliz boyunca yerləşən ölkələr arasında əlaqələri daha da genişləndirmək, Çin Rusiyanın regionda təsirini kompensasiya etmək baxımından da böyük geosiyasi əhəmiyyət kəsb edir. Xəzər dənizi boyunca limanların, eyni zamanda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə avtomobil dəmir yollarının təkmilləşdirilməsi görülən işlərin bir hissəsidir. Ötən il noyabrın 25- Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Qazaxıstan Türkiyə xarici işlər nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşündə qəbul edilmiş "Orta dəhlizin inkişafı istismarı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsi" bu istiqamətdə atılan mühüm addımdır.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti daha da artmış, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə geniş imkan yaranmış qatarların təyinat yerinə çatma vaxtı qısalmışdır. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan Qırğızıstanın Avropa bazarına çıxışını sürətləndirir bu yoldan istifadə edən ölkələrin tranzit daşımalardan əhəmiyyətli gəlir əldə etməsini təmin edir. Avropa ilə Asiyanı birləşdirən bu dəmir yolunun əhatə etdiyi ölkələrin bir-birinin iqtisadiyyatına qarşılıqlı sərmayə qoyuluşu nəticəsində ölkələr arasında ticarət dövriyyəsi daha da genişlənir. Bununla yanaşı