Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik
Digər xəbərlər

Ömrünü dövlət təhlükəsizliyi xidmətinə həsr etmiş polkovnik

Aprel ayının 24- dövlət təhlükəsizlik orqanlarının veteranı, polkovnik Sədyar Abbasovun 80 yaşı tamam olur.

Sədyar Rza oğlu Abbasov 1943- il aprel ayının 24- Dəvəçi şəhərində dünyaya göz açıb. 1950-1960- illərdə hazırkı Şabran şəhər 4 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Kimya İnstitutunun İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub. 1966-1969-cu illərdə elektron cihazlar üzrə mütəxəssis kimi Şamaxı Astrofizika Rəsədxanasında baş mühəndis kimi çalışıb.

1969-cu ildə Dövlət Təhlükəsizlik Komitəsinə işə dəvət olunan Sədyar Abbasov ömrünün 32 ilini təhlükəsizlik orqanlarına həsr edib. Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı dövrdən etibarən Azərbaycan DTK- ittifaq respublikalarının müvafiq qurumları arasında milli kadrlardan formalaşdırılan peşəkar orqana çevrilmişdi. Məhz Heydər Əliyevin səyi nəticəsində ölkənin ən mötəbər qurumlarından olan dövlət təhlükəsizliyi orqanlarına yalnız hərtərəfli sınaq yoxlamalardan keçən yüksək hazırlıq səviyyəsinə, möhkəm xarakterə, mətin iradəyə digər müsbət keyfiyyətlərə malik milli düşüncəli insanlar işə götürülürdü. Sədyar Abbasov da həmin dövrlərdə xidmətə qəbul olunan milli kadrlardandır.

SSRİ DTK-nın Minskdəki Ali kurslarını bitirdikdən sonra 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının DTK-sında əməliyyat müvəkkili vəzifəsinə təyin olunur. İşə başladığı ilk dövrdə təhkim olunduğu mayor Rəsul Şükürzadə Naxçıvan DTK-nın arxivində mövcud olan əməliyyat işləri, xüsusən vaxtilə həmin strukturda işləmiş Heydər Əliyevin hazırladığı sənədlərlə onu tanış edir. Yeni işə başlayan əməkdaş üçün ilk gündən Heydər Əliyevin təcrübəsini öyrənmək onun peşəkar əməliyyatçı kimi yetişməsində mühüm rol oynayır. Eyni zamanda gənc leytenant vaxtilə Naxçıvan DTK-da işləmiş Heydər Əliyevin yaxın silahdaşları olmuş Bahadur Hüseynov Abbas Zamanovdan əks-kəşfiyyat işinin incəliklərini öyrənir.

Sonralar 1973-1976- illərdə Cəlilabad, 1976-1984- illərdə Xaçmaz rayon şöbələrində əməliyyat baş əməliyyat müvəkkili kimi çalışmış, 1984- ildən xidmətini DTK-nın mərkəzi aparatında davam etdirmişdir. Mərkəzi aparatın 5-ci şöbəsində işlədiyi dövrdə xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyətinin ideoloji təxribatlarının qarşısının alınmasında fəallıq göstərmişdir.

Həmin dövrdə daxil olmuş məlumata əsasən şəxsiyyəti məlum olmayan Bakı sakini İran İslam Respublikasının ölkəmizdəki konsuluna zəng edərək onu "Təzə Pir" məscidində namaz qıldığını gördüyünü, lakin ona yaxınlaşmaq imkanının olmadığını bildirib. Rəhbərliyin göstərişi ilə şəxsin müəyyənləşdirilməsi tələb olunub. Keçirilən əməliyyat-texniki tədbirlərdən sonra həmin şəxsin həyat yoldaşının vəfat etməsi barədə məlumat əldə edilib. Məhz həmin məlumat əsasında araşdırma zamanı onun Bakı kəndlərindən birinin sakini olduğu müəyyən edilib nəzarətə götürülüb. Sədyar Abbasovun həmin şəxsin ətrafında apardığı əməliyyat-texniki tədbirləri zamanı görüşlərinin birində onda silahların olması barədə iranlı konsula məlumat verdiyi müəyyən edilib. Sədyar Abbasovun keçirdiyi tədbir nəticəsində həmin şəxs könüllü şəkildə 4 ədəd odlu silahı (3 ədəd "Naqan" 1 ədəd "Korovina" tapançaları) DTK-ya təhvil verib.

Xidməti fəaliyyətində göstərdiyi nailiyyətlərə görə 1987-ci ildə DTK-nın keçmiş Əzizbəyov (indiki Xəzər) rayon bölməsinə rəis təyin olunub. Daha sonra 1990- ildə Xaçmaz rayon şöbəsinə rəis təyin olunan Sədyar Abbasov xidməti fəaliyyətinin ən çətin dövrünə qədəm qoyub. Həmin dövrdə "Sadval" təşkilatı şimal bölgəsində aktiv pozuculuq fəaliyyətinə başlamışdı. "Sadval"ın əsas məqsədi əsrlər boyu sülh əmin-amanlıq şəraitində yaşayan iki xalq - azərbaycanlılar ləzgilər arasında milli zəmində qarşıdurma yaratmaqla şimal zonasında Azərbaycana qarşı ikinci cəbhə açmaq idi. Sədyar Abbasov rəis təyin olunduqdan sonra, 1976-1984- illərdə Qusar, Quba Xaçmaz rayonlarında yaratdığı əməliyyat mənbələrindən sözügedən separatçı təşkilatın fəaliyyəti barədə kifayət qədər məlumat əldə edib. Həmin mənbələrdən daxil olan