ÖLKƏYƏ NUR VERƏN, HƏMİŞƏ TƏMİZ ŞƏHƏR
Region

ÖLKƏYƏ NUR VERƏN, HƏMİŞƏ TƏMİZ ŞƏHƏR

Azərbaycan Respublikasında regionların yüksəlişin təmini ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə töhfə vermişdir.

Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin istifadəyə verilməsi, yerlərinin açılmasına nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına gətirib çıxarmışdır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə regionlarda başlanan tikinti-quruculuq, abadlıq işləri energetiklər şəhəri olan, bölgəyə nur verən Mingəçevirdə uğurla həyata keçirilir. Belə ki, şəhərdə vətəndaşların istirahəti, firavanlığı, asudə vaxtının səmərəli keçməsi üçün yeni müasir park istirahət məskənləri salınıb, yaşıllıq zolaqları genişləndirilib. Çoxmənzilli yaşayış binalarının bir çoxunda əsaslı təmir işləri yekunlaşıb, yeni-yeni nümunəvi məhəllələr yaradılıb, işıq, qaz, su xətlərində mövcud olan problemlərin həlli istiqamətində xeyli işlər görülüb. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına, məmnunluq hissinin artırılmasına, istirahətlərinin səmərəliliyinə yönəldilib.

Mingəçevirdə həyata keçirilən quruculuq işləri çərçivəsində bu yaxınlarda daha bir istirahət məkanı istifadəyə verilib. Ş.İ.Xətai küçəsində, 14 nömrəli orta məktəbin qarşısında bir zamanlar boş sahə olan ərazidə yaradılan istirahət məkanı sakinlərin arzu istəklərinə uyğun olaraq Mingəçevir Bələdiyyəsinin maliyyə dəstəyi ilə yaradılıb. 1 hektara yaxın ərazidə quruculuq işlərinə may ayının əvvəlindən başlanıb. Burada 2 yaraşıqlı söhbətgah yaradılıb, işıqlanma sistemi çəkilib, 9 oturacaq 8 işıq dirəyi qoyulub. 650 kvadratmetr sahəyə plitələr döşənib, bordürlər düzülüb. Ərazidəki yaşıllıq zolaqlarına qazonlar səpilib, 150- yaxın ağac tingi gül kolları, o cümlədən 8 dekorativ ağac əkilib.

Yeni istirahət məkanının açılış mərasiminə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın məsul işçiləri, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyev bələdiyyə üzvləri, ərazidə yaşayan sakinlər, şəhər ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Tədbiri açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən mütəmadi olaraq sakinlərlə keçirilən görüşlərdə onların qaldırdığı problemləri, arzu istəklərini həll etməyə çalışırıq. Bu istirahət məkanı sakinlərin istəyinə uyğun olaraq yaradılıb. Bundan sonra da şəhərimizin inkişafı gözəlləşməsi üçün bütün imkanlardan istifadə olunacaqdır. Şəhər rəhbəri, həmçinin vurğulayıb ki, 2020-ci ilin payız aylarında 44 günlük Vətən savaşında ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun cəsur əsgər zabitləri 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edərək, dünya ölkələrinə dövlətimizin, xalqımızın gücünü, birliyini nümayiş etdirdilər. Bu gün, Dövlətimizin başçısının rəhbərliyi, qətiyyəti ilə həyata keçirilən daxili xarici siyasət insanların rahat firavan yaşayışına tuşlanıb Azərbaycanın dünyada nüfuzunu daha da artırır. Torpaqlarımız azad edildikdən sonra Prezidentimiz dəfələrlə azad olunmuş ərazilərdə olub. Burada həyatın bərpa olunması üçün geniş quruculuq işləri sürətlə gedir. Uzun illər yurdumuzun müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayan insanların doğma ata yurdlarna qayıtması üçün lazım olan hər cür şəraitin yaradılması, yaşayış evlərinin, təhsil, tərbiyə, səhiyyə, mədəniyyət ocaqlarının tikilməsi, digər infrastruktur layihələrin reallaşması, yerlərinin yaradılması s. mühüm addımlar atılır. Tezliklə onlar öz doğma, müqəddəs yurdlarına qovuşacaqlar.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mingəçevir şəhərində keçirilən silsilə tədbirlər sırasında ağacəkmə kampaniyası da<