Bu il də dünya əhəmiyyətli mötəbər idman yarışı Formula 1-in nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyünür.
Tarixə qısaca nəzər salsaq görərik ki, bu yarışın yaşı 1 əsrə yaxındır. 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilən Formula 1 birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlandırılır. Həmçinin yarışlar Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. Yarışlar il boyunca müxtəlif şəhərlərdə keçirilir, bununla yanaşı, hər mərhələ Qran-pri adlanır. İlin sonunda bütün Qran-prilərdə qazanılan xallar toplanır və nəticədə qalib müəyyən edilir. Ölkəmizdə isə yarış ilk dəfə 2016-cı ildə keçirilib. İyunun 19-da baş tutan yarışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə və final yarışına baxıblar. Açılış mərasimi başa çatdıqdan sonra ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.
Yarışın paytaxt Bakıda keçirilməsinin öz önəmi var. Belə ki, avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirlər. Dünyada ən çox pərəstişkara sahib olan bu yarışın Bakı görüntüləri ilə ahəng təşkil etməsi ölkəmizin iqtisadi və turizm sahəsində inkişafına böyük töhfələr verir. Birinci Avropa Oyunlarından sonra Formula 1 kimi böyük kütləyə, izləyiciyə sahib olan yarışın paytaxtda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Karnaval üslubunda keçirilən yarışlarda milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı formada təqdim edilir. Milli mədəniyyətimizi Formula 1 dəyərləri ilə birləşdirən açılış mərasimində könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət yüzlərlə heyət iştirak edir. Ölkəmizin beynəlxalq arenada idman sahəsində də öz adını qızıl hərflərlə yazdırması, paytaxtın ən gözəl guşələrində yarışların təşkil olması əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, hər il bu yarışı izləmək üçün minlərlə turist, dünyaca tanınmış məşhurlar Bakıya gəlir. Bu da həm iqtisadi, həm də turizm cəhətdən inkişafda bir növ körpü rolunu oynayır.
Formula 1 yarışları, həmçinin dünyanın ən sürətli və bir o qədər də təhlükəli yarışlarından biridir. Yarışlar çətin dolambac yollardan, treklərdən ibarətdir. Bakı Qran-prisində trekin uzunluğu 6 kilometr olduğu üçün pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurur. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Bu zaman orta sürət saatda 210, maksimum sürət isə 340 kilometr təşkil edir. Yarışlarda ümumi xal qazanılır və sonda toplanaraq hesablanır.
Hər yarışın qalibi 25, lakin 10-cu yeri alan isə 1 xal qazanır.
Yarışlar həftəsonu keçirilməklə 3 məşq, kvalifikasiya və yarışın özündən ibarətdir. İlk keçirilən yarış cümə günü baş tutur və iki 90 dəqiqəlik məşq yarışından ibarət olur. Növbəti gün isə bir 60 dəqiqəlik məşq yarışı; bir 60 dəqiqəlik kvalifikasiya yarışı və nəhayət, sonuncu gün isə bir final yarışı baş tutur.
Kvalifikasiya da öz növbəsində 3 mərhələyə bölünür. İlk olaraq Q1 - sürücülərə bir dövrəni etmək üçün 18 dəqiqə vaxt verilir. Raundun sonunda ən sürətsiz 6 maşın yarışdan çıxarılır və yarışı axırıncı 6 yerdə davam etdirir. İkinci növbədə Q2 - qalan sürücülərə 15 dəqiqə vaxt verilir, onlardan sonuncu 6 maşın yarışdan çıxarılır və onlar yarışa 11-16-cı yerlərdə başlayır. Sonuncu olaraq isə 3-cü mərhələdə Q3 - kvalifikasiya raundunun