Ölkələr arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Digər xəbərlər

Ölkələr arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.

Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.