Nizamlanma prosesi 10 noyabr bəyanatına əsaslanmalıdır
Siyasət

Nizamlanma prosesi 10 noyabr bəyanatına əsaslanmalıdır

"Ümidvaram ki, 2023- il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub". Bu fikirləri Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verilən bəyanatlar müsbət ümidverici bir haldır. Qeyd edək ki, Rusiya Ermənistana görə çox narahatdır. Çünki Ermənistan sürətlə Qərbə inteqrasiya yolunu seçib. Ermənistan tərəfinin Qərblə aktiv diplomatik fəaliyyət göstərməsini Rusiya tərəfi kifayət qədər sərt qəbul edir. Ermənistan hələ öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. İrəvan üçtərəfli müqavilələri icra etmir. Soçi Moskva razılaşmaları icra olunmayıb. Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizini açmaqdan imtina edib. Baxmayaraq ki, bununla bağlı üzərinə öhdəlik götürüb. Ermənistanla Azərbaycanın sərhədləri hələ ki, delimitasiya demarkasiya olunmayıb. Düşmən ölkə 30 il ərzində işğal altında saxladıqları minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyib. Ermənistan tərəfindən silahlı təxribatlar, anti-Azərbaycan kampaniyası davam edir.

Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələr aparıldı. Bəlli oldu ki, Rusiya Ermənistan müttəfiq dövlətlər olsalar belə, iki ölkənin münasibətlərində ciddi çatlar var. Rusiya Dövlət Dumasının sədri Ermənistanı nəzərdə tutaraq ona dövlətçiliyini itirə biləcəyi ilə bağlı xəbərdarlıq etdi. Çünki Ermənistanın son davranışları bunu şərtləndirirdi. Ermənistanın Avropa İttifaqının mülki missiyasını iki il müddətinə qəbul etməsi təbii ki, Moskva ilə münasibətlərə mənfi təsir göstərən amillərdir. Bundan fərqli olaraq, Azərbaycanla əlaqələr dinamik inkişaf yolunu tutub. Sergey Lavrov da ifadə etdi ki, ölkəsi Azərbaycan, Ermənistan Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların icra edilməsinə sadiqdir. Rusiya XİN-in rəhbəri bildirdi ki, regionda dayanıqlı sülhün təmin edilməsi üçün əllərindən gələni edəcəklər. Rusiya üçtərəfli razılaşmalar kompleksinə əsaslanaraq ölkələr arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir. Rusiyanın vasitəçiliyinin məqsədi konstruktiv mənalı dialoqu təmin etməkdir. Moskva, həmçinin sülh prosesinin əsas prinsipləri parametrləri ilə bağlı öz fikirlərini tərəfdaşlarına çatdırıb. Rusiyanın məqsədi Cənubi Qafqazda sülh sabitliyi həmişə prioritet olaraq saxlamaqdır.

Təəssüf ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən çox keçməsinə baxmayaraq, Rusiya sülhməramlı kontingenti üzərinə düşən öhdəlikləri hələ yerinə yetirmir. Azərbaycanın Rusiyaya kifayət qədər dürüst səmimi mövqeyinə rəğmən, bu gün qarşı tərəf regionda gərginlik yaratmaqla məşğuldur. Politoloqlar vurğulayır ki, ümumilikdə Rusiya sülhməramlıları son 2-3 il ərzində Qarabağda - Xankəndi ətrafında yaşayan, erməni əsilli şəxslərin cəmiyyətimizə inteqrasiyası prosesinə maneçilik törədirlər. Rusiya separatçılığı qızışdırmaqla regionda gərginlik ocağının qalmağında öz maraqlarını ehtiva etmiş olur. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiya demarkasiyası, kommunikasiyaların blokdan çıxarılması kimi yekun sülhə aparan addımlar mövcuddur. Xüsusilə tənzimləmədə Qərb aktivlik göstərməkdədir. Cənubi Qafqazda gedən geosiyasi proseslərdən isə Rusiya kənarda qala bilməz. Cənubi Qafqazı özünün "arxa bağçası" sayan Rusiya baş diplomatını Bakıya göndərməklə vəziyyətlə yerində tanış olmaq ehtiyacı hiss etmişdir. Bu günlərdə özünü Qarabağdakı separatçı qondarma rejimin "dövlət naziri" adlandıran erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan "vəzifəsindən" göndərildi. Əlbəttə, o, "postunu" Moskvadan göndərilən təlimat əsasında tərk etdi. Birmənalı şəkildə demək olar ki