Nəsillərə nümunə olan ömür yolu
Sosial həyat

Nəsillərə nümunə olan ömür yolu

Aprelin 28- Zirə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) "Modern Ailə İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100- ildönümünə həsr olunmuş "Nəsillərə nümunə olan ömür yolu" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Zirə Mədəniyyət Mərkəzində müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra "Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2023- il Azərbaycan xalqı dövləti üçün bir çox cəhətdən əlamətdardır: "Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının yeni nəslə aşılanması istiqamətində respublikamızda onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda, bu il Ulu Öndərin ömür-gün yoldaşı, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100- ildönümüdür".

YAP Sədrinin müavini vurğulayıb ki, Zərifə xanım Əliyevanın fərdi ictimai portreti olduqca rəngarəngdir: "Mənalı nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər ləyaqətli ziyalı dəyərli elm xadimi, istər vəfalı ömür-gün yoldaşı, istərsə qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Ona görə iftixarla qeyd edirik ki, Zərifə xanım Əliyevanın zəngin mənalı ömür yolu bugünkü gələcək nəsillərə parlaq nümunədir".

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli məhsuldar olmuşdur: "O, həm peşəkar oftalmoloq kimi insanlara nur şəfa bəxş etmiş, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynamış, həm gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti müstəsna xidmətləri ilə fərqlənmişdir. Bir çox ilklərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış elm sahəsində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalmışdır".

Tahir Budaqov qeyd edib ki, Zərifə xanım Əliyevanin fəaliyyəti, xüsusilə çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətləri daim yüksək qiymətləndirilmişdir: "O, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə bir çox mükafatlarla təltif olunmuşdur. Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən yüksək mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alimdir. 150-dən artıq elmi əsərin müəllifi olan akademik SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi səmərəli fəaliyyət göstərmiş, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin