MÜQƏDDƏS BAYRAĞIMIZIN YANDIRILMASI YOLVERİLMƏZDİR, BAĞIŞLANMAZDIR, VANDALLIQDIR
Digər xəbərlər

MÜQƏDDƏS BAYRAĞIMIZIN YANDIRILMASI YOLVERİLMƏZDİR, BAĞIŞLANMAZDIR, VANDALLIQDIR

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı suverenliyin rəmzi kimi dövlət atributlarından birinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir". Məhz bu baxımdan, hər bir vətəndaş dövlət rəmzlərinin məna, mahiyyət əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin qorunmasına məsuliyyətlə yanaşmalıdır.

Əmək veteranı, "Tərəqqi" medallı Mobil İmanov bu məsələ ilə bağlı söhbətində bildirdi ki, hər bir ölkənin müstəqilliyinin əsas atributları sayılan dövlət rəmzləri xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikası da dünya birliyinin tamhüquqlu üzvü kimi müvafiq dövlət rəmzlərinə malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyun 2004- il tarixli "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanununda deyilir: "Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur".

Türkçülük, islamçılıq müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası erməniləri ermənipərəst qüvvələri qıcıqlandırır. Dəfələrlə dünya səviyyəsində keçirilən tədbirlərdə bu nankor, xəbis qüvvələr müqəddəs himnimiz səslənəndə fitə basmış təxribatlar törətmişlər. Artıq bütün dünya ermənilərin üzünə, "məzlum" olmalarına, böhtanlarına, saxtakarlıqlarına bələddir. Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının turnirin təşkilatçılarından olan, rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən nümayişkaranə şəkildə "barbarcasına" yandırılması vandallıqdan başqa bir şey deyildir. Onlar yaxşı bilirlər ki, Azərbaycan dünyada həm idman ölkəsi kimi tanınır. Azərbaycan idmançıları dəfələrlə vətənə yüksək nailiyyətlərlə dönüblər. Onlar tam əmin idilər ki, bu yarışda Azərbaycan bayrağı dalğalanacaqdır. Onların xəbis niyyəti idmançılarımızı ruhdan salmaq idi.

Hələ 8 il bundan öncə, ölkəmiz evsahibliyi etdiyi Avropa oyunlarında Prezident İlham Əliyev boks üzrə erməni idmançısına medal təqdim edərkən ölkə başçısının müdrikcəsinə hərəkəti ilə hər bir kəs səbirlə, sakitcə əl çaldılar. Onu xüsusilə qeyd etmək istərdim ki, hələ sovetlər dövründə bu nankor şovinist ermənilər Ermənistanda baş tutan dostluq tədbirlərində belə öz məkrli əməllərini həyata keçirirdilər. Qastrolda olan müğənniləri, dövlət xadimlərini aşağılamağa çalışırdılar. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə Moskvada rəhbər vəzifədə işlədiyi vaxtlarda təxribat törətməyə o qədər cürət cəsarət etmirdilər...

Artıq bütün dövlətlər Ermənistanda ağır atletika çempionatının açılış mərasimi zamanı Azərbaycanın Dövlət Bayrağının "barbarcasına" yandırılmasına kəskin etirazlarını bildirirlər. Həmçinin, idmançılarımızın çempionatda iştirak edə bilməmələrindən təəssüflənir bildirirlər ki, ev sahibi olan Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, hadisələrin qarşısını vaxtında almalı müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Əfsus ki, belə olmadı. Əvvəlcədən planlaşdırılaraq milli nifrət düşmənçiliyin salınmasına yönəlmiş bu təxribat əməlini törədən cinayətkar şəxs dərhal məsuliyyətə cəlb edilməlidir. Bəli, Azərbaycan Bayrağının "barbarcasına" yandırılması Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təzahürüdür.

Zabit XƏLİLOV,

"Respublika".