Mayın 5-də Azərbaycan Respublikası Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər və məzarları üzərinə əklillər və gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və respublikanın tanınmış memarları iştirak ediblər.
Konfrans iştirakçıları və qonaqlar əvvəlcə "Four Seasons" otelinin foyesində təşkil edilmiş "Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" adlı sərgi ilə də tanış olublar.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin rəhbəri Elbay Qasımzadə tədbirin müstəsna əhəmiyyətini vurğulayaraq, ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
"Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" adlı məruzə ilə çıxış edən E.Qasımzadə Heydər Əliyevin memarlıq sənətinin təbliğində və inkişafında böyük rolunu vurğulayıb: "1993-cü ildə xalq tərəfindən dəvət olunmuş Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən, ölkənin bölünməsi təhlükəsindən, siyasi və iqtisadi böhrandan qurtardı. Onun şəxsi nüfuzuna, mətinliyinə, uzaqgörənliyinə və cəsarətinə görə xaricdən olan təzyiqlər zərərsizləşdirildi və Azərbaycanda quruculuq işləri başlandı. Azərbaycan memarlığı yeni intibah dövrünü yaşadı. Azərbaycana rəhbərliyi illərində Ulu Öndər Heydər Əliyev memarlar qarşısında milli memarlıq irsi elementlərini tətbiq etmək tələbini qoymuşdu".
Memarlar İttifaqının İdarə Heyətinin sədri deyib ki, milli memarlığı dərindən bilən, ona böyük hörmətlə yanaşan Ümummilli Lider partiya iyerarxiyasında ən yüksək rütbədə olmasına baxmayaraq, sovet ideologiyasına zidd addım ataraq memarlıq nümunələrimizdə milli elementlərdən istifadə etmək tapşırığını vermişdi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra əhəmiyyətli ictimai binalar inşa olunub, mənzil tikintisi sahəsində inqilabi dəyişikliklər baş verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada şəhərsalma və memarlıq sahəsinin keyfiyyətcə yeni erasının başlandığını və Ulu Öndərin bu sahədə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin işğaldan azad edilmiş əraziləri də daxil olmaqla bütün regionlarında şəhərsalmanın planlı və sistemli aparıldığını, milli memarlığın zəngin ənənələr əsasında müasir tələblər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf etdirildiyini bildirib.
Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Memarlar İttifaqının 1-ci katibi Gülçöhrə Məmmədovanın "Heydər Əliyev və Azərbaycanda memarlıq fəaliyyəti", Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun "Azərbaycan memarlığında və şəhərsalmasında Heydər Əliyevin rolu" mövzusunda məruzələri dinlənilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova isə "Heydər Əliyev və Azərbaycanın mədəni irsi" mövzusunda çıxış edib. Məruzə Ümummilli Liderin memarlıq sənətinə göstərdiyi diqqət və qayğını əks etdirən slaydlarla müşayiət olunub.
Konfransda, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Şəhla Qəhrəmanovanın "Azərbaycanın müasir şəhərsalması Heydər Əliyevin sosial siyasətinin davamı kimi", professor Rayihə Amənzadənin "1970-80-ci illərdə Azərbaycan memarlığının inkişafı", dosent Nərmin Yusiflinin "Müasir şəhərin ictimai məkanlarının inkişaf xüsusiyyətləri", doktorant Şeyda Novruzzadənin "Dağlıq Şirvan iqtisadi rayonunun şəhər yaşayış məntəqələrinin inkişafının sosial-mədəni problemləri", Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Rüfət Ağazadənin "Müasir Azərbaycan tarixinin memarı", Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərlinin "Tarixi mərkəzləri olan şəhərlərdə şəhərsalma çağırışları və məqsədləri