Möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatı
İQTİSADİYYAT

Möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatı

Beynəlxalq Valyuta Fondu Azərbaycandakı ofisini bu il iyun ayının sonunda bağlamaq barədə qərar qəbul edib. Fondun Yaxın Şərq Mərkəzi Asiya Departamenti tərəfindən ölkəmizin Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata maliyyə ehtiyatlarına malik olması, yaxın gələcəkdə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi göstərilir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan sənaye respublikasına çevrildi. Ölkəmizdə aparılan böyük quruculuq işləri Azərbaycanın gələcək həyatını formalaşdırdı. Son illər sürətli inkişafını yeni uğurlara imza atmaqla davam etdirən Azərbaycan artıq iqtisadi baxımdan dünyanın qüdrətli ölkələrindən birinə çevrilməkdədir. Təbii ki, mövcud sosial-iqtisadi inkişafın sağlam dayaqlar üzərində qurulması uzun illər ərzində Azərbaycanın əldə edəcəyi uğurlardan xəbər verir.

"Əsrin müqaviləsi" müstəqil dövlətimizin inkişafında önəmli rol oynayır. Ümummilli liderin uzaqgörən, müdrik qətiyyətli siyasəti nəticəsində imzalanan müqavilə məhz xarici dövlətlərin Heydər Əliyevə olan inamının göstəricisi idi. Müqaviləni imzalayan transmilli şirkətlər ABŞ, İngiltərə, Türkiyə, Rusiya digər böyük dövlətləri təmsil edirdilər. Bu gün məhz "Əsrin müqaviləsi" sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinə yönəldilir. Həmçinin qaz ixracında da Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Belə ki, Azərbaycan artıq qaz ixrac etdiyi ölkələrin sayının 6-dan 10-a yüksəldilməsi layihəsi üzrə çalışır. Qaz ixracının artırılması Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində mühüm əhəmiyyət kəsb edəcək. Ölkə başçımızın da dediyi kimi, Avropadakı interkonnektorlar vaxtında tikilsə, bu ilin sonuna kimi Macarıstanı Serbiyanı da qazla təmin edə biləcəyik.

Sovet rejiminin dağılmasından sonra Cənubi Qafqaz regionunda qüdrətli Azərbaycan dövlətinin qurulması ölkəmizin bugünkü uğurlarının əsas səbəbidir. Artıq Azərbaycanın xaricə yatırdığı böyük həcmli investisiyalardan, verilən kreditlərdən, edilən humanitar yardımlardan bütün dünya danışır. Yəni tədricən kreditor mühüm investor ölkəyə çevrilməkdə olan Azərbaycan, eyni zamanda donor dövlət missiyasını da həyata keçirir.

Yardım alan ölkədən donor dövlətə çevrilməsi ölkəmizin iqtisadi qüdrətini beynəlxalq müstəvidə göstərən önəmli nüansdır. Uğurlu iqtisadi gediş gələcəkdə Azərbaycanın inkişafının sürətli dinamik xarakter daşıyacağını, daha böyük nailiyyətlərə imza atacağını şərtləndirir. Təsadüfi deyil ki, bu gün nüfuzlu xarici təşkilatlar Azərbaycanda iqtisadi inkişafın mövcudluğunu investisiya mühitinin sağlamlaşdırıldığını etiraf edirlər. Bu fakt həmçinin, Azərbaycana xarici investisiya cəlbini artırır. Bildiyimiz kimi, Azərbaycan neft sektorundan əldə etdiyi kapitalı uzun illərdir ki, qeyri-neft sektoruna yatırır. Bu proses qlobal tələblərin yerinə yetirilməsi istiqamətində önəmli addım hesab edilir. Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə, 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı Fondun 270 milyon dollar təşkil etdiyi aktivlərinin həcmi bu gün ölkənin Ümumi Daxili Məhsulunu üstələyir. Məhz bu baxımdan, Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir. Digər tərəfdən, ölkəmizdə yerli xarici təşkilatların sənaye məhsulları kənd təsərrüfatı sektorunda özlərinin zavod müəssisələrini açması beynəlxalq etimadın artmasına gətirib çıxarır. Buna əsas kimi, Prezident İlham Əliyevin Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində gördüyü məqsədyönlü işləri qeyd etmək lazımdır. Xarici ölkələrə ixrac missiyaları, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi davam edir ki, bu da beynəlxalq iqtisadi təşkilatların hesabatlarında özünü göstərir. Qeyd etmək lazımdır ki, xarici reytinq təşkilatları investisiya mühitindən məlumat verərkən ölkə investorlarının xarici ölkələrdəki fəaliyyətini dəyərləndirirlər. Belə ki, nüfuzlu Azərbaycan vətəndaşlarının xarici ölkələrə, iri layihələrə investisiya yatırmaları bu <