Hər il xalqımız 15 İyun - Milli Qurtuluş Gününü əziz bayram kimi qeyd edir. Azərbaycan dövlətinin gələcəyi üçün böyük fədakarlıqlar göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ömrünü bütövlükdə ölkəmizin çiçəklənməsinə, xalqımızın inkişafına sərf etmişdir. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdi. Məhz bütün məqamlar nəzərə alınaraq söyləmək olar ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan bir dövlət idi. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşı həm siyasi böhrana səbəb olmuş, Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Ölkədə daxili çəkişmələr, bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil ölkə kimi qəbul etmirdilər. Artıq Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birləşmələr arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi.
Mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə AXC-Müsavat hakimiyyətinin komandasında siyasi liderin olmaması həmin qüvvələrin süqutunu, eləcə də bütün bu dağıdıcı prosesləri şərtləndirən əsas amillərdən biri oldu.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Azərbaycan xalqı bilirdi ki, bu çıxılmaz vəziyyətdən onu xilas edəcək, ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən qurtaracaq yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Ulu öndər bütün azərbaycanlıların ümid yeri idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.
Ulu öndər Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ulu öndər öz çıxışında bildirdi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə