Milli Məclisin üzvləri Sofiyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər
Digər xəbərlər

Milli Məclisin üzvləri Sofiyada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Bolqarıstanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlament nümayəndə heyəti Sofiya şəhərindəki Bakı küçəsində yerləşən parkda ağac əkiblər.